ANA SƏHİFƏ / YAZARLAR

CƏHƏNNƏMƏ GEDƏCƏM

Amma yoldaş aparmayacam

33876    |   2016-10-14 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəri başdan deyirəm. Bu yazı içimdəki bütün ağrı-acı, sevinc, kədər, bir sözlə, duyğu, hiss nə varsa hamısı sarı simin üstündə köklənib. Ona görə də yazını oxuyanda rica edirəm ağlınıza gerçəklikdən başqa heç nə gətirməyin. Düşünün, hətta inanın ki, bu sarı simdə səslənən, daha doğrusu, yazılan yazı gerçək həyat hekayəsinə bənzəyir və bir az da onun kopyasıdı. Ola bilər ki, siz oxşarı ilə qarşılaşmış olarsınız. Onda təəccüb etməyin. Axı, Tanrı hər şeyin özü kimi oxşarını da yaradıb. Üstəlik, hər kəsin yarısı da var. Yarı yox ha, yarısı!..

Hə, deməli, insanların yaranışdan ilk öyrəndikləri, daha doğrusu, böyüklərin kiçiklərə təlqin etdikləri bir deyim var. Əslində bu həm də dinimizdən, inanclarımızdan gələn bir fikirdi. Söyləyirlər ki, bu dünya və o dünya, cənnət və cəhənnəm də var. Və biz də böyüdükcə içimizdə o cənnət və cəhənnəmin həm müzakirəsini, həm də təftişini aparırıq. İnanclılar, inamlılar özünü cənnətə hazırlayır, əks qütbdə dayananlar isə hər şeyi taleyin öhdəsinə verir. Necə deyərlər, su hara axır axsın. Və bəzən də bu axan suya bir etinasız, ya da ironik şəkildə «cəhənnəm də boş qalmamalıdır» deyirlər. Bax, mən də zaman-zaman bu iki qütbun arasında necə deyərlər, orta xəttin üstündə dayanıb payıma düşən ömrü yaşamağa çalışmışam. Amma hər iki tərəfdən fəprnli olaraq Allahımı və Peyğəmbərimi unutmamaq şərtiylə. Çünki birincisinə bütün varlığımla, ruhumla bağlıyam, ikincisini də Allahın elçisi olduğuna görə sevirəm. Başqa üz tutası kimsəni aramamışam, axtarmamışam və düşünmüşəm ki, Yaradanın yazdığı yazı pozulmazdı. Ona ən böyük güc sahibləri belə düzəliş etmək qüdrətində deyillər. Olsa-olsa nəyinsə üst qatına bir görüntü verə bilərlər. Amma alt qat olduğu kimi qalacaq. Dəyişən zahir dəyişməyən batili heç vaxt kölgələyə bilmir. Zahirdən olsa o özünü göstərir. Elə mənim duyğularım kimi, mənim yaşantılarım kimi…

Günün, ayın bəlli tarixində hətta ilin də yaddaşıma yazıldığı o zaman kəsiyində mən ruhuma, qəlbimə, varlığıma göy üzündən gələn işığı hopdurdum. Və o işıq mənim bir az xaotik, bir az qarmaqarışıq, bir başına buraxılmış həyatımı istiqamətləndirdi, cilovladı və yavaş-yavaş mən ona bələndim, ona büründüm. Anladım ki, bu dünyanın gördüyüm, oxuyub öyrəndiyim, eşidib bildiyim ən böyük həqiqəti məhz o işıq imiş. Ona tapınan həm də Tanrısına tapınır. Çünki o, yerə, göyə, suya, oda, insana, bütün Yer kürəsinə sevgidi. O sənin içində varsa, sən yaşayırsan. Sənin içində diridi, canlıdı. Mən bunu dərk edəndə anladım ki, o göy üzündən gələn mənim elə cənnətə də, cəhənnəmə də olan yolumu müəyənləşdirmək üçün bir ipucudur. Və özüm də bilmədən könüllü şəkildə tutdum o ipucundan və başladım o işığın göstərdiyi yolla getməyə. Özü də təkcə getməyə yox, həm də yaşamağa, düşünməyə, yazmağa, boynuma düşən işləri görməyə. Və bir də onda başımı qaldırıb ətrafıma baxanda elə cənnətimin də, cəhənnəmimin də mənimlə çiyindaş, mənimlə bir məkanda olduğunu təxmin etdim!..

İlahi, sənin pay verdiyin işıq nə boyda gücə malik imiş. Bunu dərk etməyən, görməyən duymayan canlı deyil. O, ən yaxşı halda qara bir daş və yaxud da quru bir kötükdü. Nə isə…

Hə, bu düşüncələrin, bu duyğuların hakim kəsildiyi iç dünyam gözlərimi dörd açmağa, ancaq o işıq üçün yaşamağa məni həm məcbur etdi, həm də həvəsləndirdi. İnanın ki, o həvəs mənə ikinci bir nəfəs kimi gəlmişdi, qanadlandırmışdı məni. Adına uçurdum, ünvanına qaçırdım. Yerimək yadımdan çıxmışdı, ancaq yüyürürdüm. Elə yüyürə-yüyürə də pıçıldayırdım. Deyirdim ki:


Gözlərinin

rəngi qarışıb

demək ki,

ağlamısan

nə mən

yanında olmuşam

nə sən

güzgüyə baxmısan…

baxıb

gözlərinin

rəngini qaytarasan

gözünə!..


***

İndi barəsində danışdığım, daha doğrusu, vəsf etdiyim o gözlər qan çanağına dönüb. Elə dolub ki, qara buludlar onun heç kölgəsinə də bərabər tutula bilməz. Bu da səbəbsiz deyil. Çünki həmin o cənnət, cəhənnəm adlı anlayış o gözlərin sahibinə seçim sualını göndərib. Və bu seçim də elə-belə gözüyumulu ediləsi deyil. Bunun üçün təkcə düşünmək, məsləhətləşmək, öz-özünü sorğu-suala tutmaq və… Və bir də o gözlərin baxdığının hansı istiqaməti seçdiyini bilmək vacibdir. Bax elə gözlərin rəngi burdan qarışır, burdan bulanır gözlərin dibi. Mən dünyanın çaylarından, dəryalarından az-çox xəbərdaram. Və bilirəm ki, sulu çaylar heç vaxt qurumur. Əgər təbii bir hadisə baş verməsə və yaxud insanlar o sulu çayların məcrasını ədyişməsələr o elə axacaqdır. Bunu ona görə deyirəm ki, tanıdığım, gözümün önündə olan, həyatımda nəfəsi, əlinin istisi, bişirdiyi yeməklərin özəl dadı olan adamlar var ki, mən onların göz yaşlarının quruduğunu görməmişəm, elə anamın da, elə onun da. Elə bil ki, qaçqınlıq deyilən gündən, daha doğrusu, yəni Dərələyəzdən, doğulduğu yerdən didərgin düşəndən gözünün yaşı ovcunda olub anamın. Yurd itirib… qardaş itirib… ata-ana itirib… övlad itirib… doğmalarını itirib… qurduğu evi itirib… Elə o da - gülüşləri, təbəssümləri bütöv olmayıb, yarımçıq olub. Bax, ona görə deyirəm ki, insanın göz yaşı bitib-tükənmirmiş. Ağladıqca, kövrəldikcə, xatırladıqca kipriklərdən üzü aşağı cığır salırmış. Elə həmin o dolmuş gözlərlə eyni məqamı yaşayır. Mənim o göz yaşlarını dayandırmaq, qurutmaq, bir hovur da olsa o gözün dibini işığa qərq etmək gücüm yoxdur, gücsüzəm. Üstəlik həm də günahkaram. Çünki gücsüz olduğumu əvvəldən dərk etməmişəm, əvvəldən bilməmişəm. Büründüyüm, bələndiyim işığın hər şeyə hökm edəcəyinə, aydınlığa çıxaracağına inanmışam. Sən demə, mənim içimdəki işıq məni kökləmək üçün, məni dəyişmək üçün, məni yönəltmək üçün, məni ona qovuşdurmaq üçün imiş, onu mənə yox. Ona görə də:


İçimdəki təkliyi

Ovuduram, ovuram…

Bu təkliyin şəklini

Göz yaşımla qovuram-

Gücüm çatmır…


Dilim sanki qıfıllı

Ruhum tikan üstündə…

Kipriklərim qovuşmur

Yuva tikəm üstündə-

Gücüm çatmır…


Öz-özündən çoxalır

Sinəmdəki göynərti…

Bu göynərti tay məni

Gücsüzlüyə öyrətdi-

Gücüm çatmır!..


***

Deməli, öz gücsüzlüyünü dərk edəndə adam sən demə fağırlaşırmış, yazıqlaşırmış. Bu mənada mən də quruda bilmədiyim gözlərim önündə, içimdəki işığa bələyə bilmədiyim sevginin qarşısında ancaq boynubükük dayanıram. Və mənə elə gəlir ki, bu mənim haqq etdiyimin özüdü. Mən bundan artığına layiq deyiləm. Deməli, həm də mən bu gücsüzlüyümlə, bu fağırlığımla sevginin özünə də bir probleməm, bir yükəm. Onu da yaşamağa qoymuram. Onda nə etmək, necə etmək suallarının nişangahına çevrilirəm. Daha doğrusu, çevrilmişəm. Atılan oxların qarşısından yayınmaq ikinci bir namərdlik olar. gücsüzlükdən sonrakı namərdlik. Bunu anlamaq üçün alim olmağa ehtiyac yoxdur. Bu, həyatın ən böyük şriftlərlə yazdığı bir lövhədir. Eləcə o lövhəyə göz yetirmək, nəzər salmaq kifayət edər. İndi mənim hansı durumda olduğumu, nədən iç dünyamın duyğularımın, düşüncələrimin sarı simdə danışdığını hiss edirsiniz. Və elə bu yerdəcə onu da etiraf edim ki, bus arı simin zil nöqtəsi çox üzücüdür. Çünki:


Söndü bütün ulduzlar

Ay da, Günəş də söndü…

Həyat mənim gözümdə-

Bütün heçliyə döndə…


Axarından qaldı su

Nə zülmdü axı, bu?!

Şair – bir yaralı qu-

Üzü qibləyə çöndü…


Dağ idi külükləndi

Qırıldı çilikləndi…

İçindən dilikləndi-

Öldü, Əbülfət öldü!..


***

Düşünürəm ki, bütün bu yazdıqlarımın fonunda mən necə görünürəm. Məncə bu, həyatın bütün uğursuzluqlarını uğur kimi qəbul edən, bütün dərdlərini sevinc kimi qarşılayan və hərdən də bunların heç birinə əhəmiyyət verməyib yolunu davam edən birisiylə çox üst-üstə düşən, bir-birini tamamlayan insanın obrazıdı. Yəni bu elə mənəm. Ona görə də başımdan keçənlər, ürəyimə köçənlər məni hamının, daha doğrusu, inanclıların yön tütdüğü istiqamətdən yayındırıb. Və mən daha çox cəhənnəm adamına çevrilirəm. Doğrudur, orda da dost-tanış yəqin ki, çıxacaq qarşıma. Çünki Allah məni tək yaratmayıb. Burda, ya orda oxşarım var. Deməli, artıq cəhənnəmə gedəcəyim bəllidi. Bu bəlli olan özümün günahlarım, özümün yaşaya bilmədiklərim, özümün biganəlik göstərdiklərimdi. Və mən Allahımı və peyğəmbərimi varlığında duya-duya, sevə-sevə gedirəm cəhənnəmə. Olsun! Ora da kimsə getməlidi də. Və gedənləri saxlamazlar deyiblər. Amma tez də yola salmazlar deyənlər də var. Mən də yola çıxmamışdan öncə içimdəkini şeirə çevirirəm, misralayıram və yazıram:


Mey süzüb-badə verməyə

Gəldim, can fəda verməyə…

Tələsmə fatihə verməyə-

Ruhumu tapşırmamışam…


Ölümü yazan bilməyib

Günümü pozan silməyib…

Hələ qapıdan girməyib-

Ruhumu tapşırmamışam…


Ayırma candan canımı

Ayırma qandan qanımı…

Boş qoyma sən sol yanımı-

Ruhumu tapşırmamışam…


Mələksən, həm də bəndəsən

Dində, imanda öndəsən…

Amma sən də mən gündəsən-

Ruhunu tapşırmamısan…


***

Hə, bütün olanlardan və olmuşlardan sonra nələr olacağını bilmədiyim halda belə bir fikir mənə rahatlıq vermir. O da Tanrıdan gələnin Tanrı adıyla məndən alınması istəyidi. Yəni içimə göy üzündən axıb gəlmiş işığı elə göy üzünün xatirinə geri qaytarılması istəyi məndə yalnız sənin xatirinə susmaq, dayanmaq, durmaq məntiqini doğurur. Bir az da xırdalasam, yalnız sənin cənnətə getməyin üçün mən o işıqdan uzaqlaşmağa, o işığa göz yummağa məcburam. Və deməli, burda ikinci yol olmadığından mən özümü işıq üçün bağlı elan edirəm. Qoy belə olsun! Sənə xoş olan mənə də xoş olar. Sənə təbəssüm gətirən mənim də yanımdan laqeyd ötməz. Bu da o deməkdir ki, cəhənnəm yolunda işığa ehtiyac olmayacaq. Yəqin ki, heç ehtiyac da yoxdu. Bir də ki, mən o yolu tək gedəcəm.

Yıxılsam da, büdrəsəm də özüm görəcəm, özüm biləcəm, bir də Allahım!


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK