ANA SƏHİFƏ / YAZARLAR

BU DA BİR YAZIDI…

Əbülfət MƏDƏTOĞLU

32969    |   2016-10-07 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu da bir qədər

Bilmirəm indi diktə edəcəyim və sizin də oxuyacağınız fikirləri siz də ağlınızdan keçirmisiniz, yoxsa yox? Və bir də ümumiyyətlə, bu hissləri yaşamısınızmı? Əgər mənim indi oxuyacağınız fikirlərim sizə xoş gəlməsə və yaxud sizi rahatsız etsə nə olar? Allah xatirinə qınamayın məni! Çünki mən zaman-zaman ancaq yaşadıqlarımı, duyduqlarımı, necə deyərlər, köynəyimdən keçirdiklərimi yazmışam və bundan sonra da əcəl nə qədər aman verəcəksə, o günə qədər də yazacam. Şair demişkən, «nə qədər ki, öz əlimdi yazanım»!!!

Bəli, yuxusu ərşə çəkilən adamların gözlərinin dibini görmüsünüz? Və yaxud çıxılmaz duruma düşüb özünü oda-közə vurub və sonra da bir küncə çəkilib, eləcə çöməlib əyləşən, başını da ovuclarının içərisinə alan bir kimsəni xatırlayırsınız? Belə birinə təsadüf etmisiniz? Və yenə nəhayət, öz-özünə danışan, öz-özündən qaçan, ya da öz-özünü axtaran bir kimsə sizə rast gəlməyib ki?..

Bəli, deyəsən bu dediklərim sizə az-çox tanış gələn mənzərədi. Elə mən də indiki anda o mənzərənin içərisindəyəm, onu yaşayıram. Əgər bu yaşamaqdısa, onun içərisində çarpışıram saman çöpündən yapışan kimi. Deyəcəksiniz ki, bunlar acizliyin, ümidsizliyin işartılarıdı, göstəriciləridi. Olsun! Onsuz da sizlərə etiraf edəcək halım da qalmayıb. Ona görə ki, ən öz durumumda etirazı da mənasız, gərəksiz, hətta sabun köpüyü kimi bir şey sayıram. Ona görə də bu halsız halımda nəyəsə etiraf etməyə sərf edəcəyim son gücü də özbaşına buraxıram. Qoy hara istəyir, nəyə istəyir sərf olunsun, təkcə etirazdan başqa…

Və bir də etirazı kim eşidəcək? Mənim etirazımı kimsə gözləyirmi? Kimsə ona qapı açacaqmı? Diqqət kəsiləcəkmi? İşıq yandıracaqmı? Yox! Belə birisi ağlıma gəlmir. Çünki ağlımın və duyğularımın hakimi olan Sevginin özü də mənim durumuma yardımçı ola bilmir. Burda bir söz sahibi var. O da Tanrıdı! Yalnız onun sözü keçərlidi, onun sözü kəsərlidi. Neyləyim ki, ona nə əlim, nə də ünüm yetmir. Ona görə də içində olduğum durumun ifadəsini, onun bir növü mövcudluğunu qələmlə, sözlə kağız üzərində göyərtməyə çalışıram. Bu, sonuncu şansımdı. Çünki olsa-olsa və yaxud da diqqəti çəksə bəlkə sinəsi qaralanmış vərəqlər çəkdi- ya küləyin hökmüylə, ya fələyin. İkisindən biri o vərəqi çəlpənək kimi havada oynadıb harasa aparıb çıxarar. Və kimsə də əlini uzadıb tutar elə onu havadaca və oxuyar:


Ürəyimi gəzirəm

Tapsam cəza alacaq…

Ya boğub öldürəcəm-

Ya sevgisiz qalacaq!


Hə, kipriklərim bir-birindən küsüb… fikirlərim bir-birini inkar edir… səsim özümdən başqa kimsənin qulağına çatmır. Amma yolum elə həmin yoldu. Oturduğum yer də, durduğum yer də həminkidi. Hətta telefon nömrəm də. Lakin o yolla gələn də yoxdu, oturduğum yerin qapısını döyən də, susan telefonuma zəng edən də. Bunun səbəbi görəsən nədi? Deyəsən, qəliz və çətin sualdı hə? Və yaxud da ritorikdi, mənasızdı. Amma hər halda sualdı də. Siz bununçün baş sındırmayın. Mən özüm o sualın özünün də, cavabının da nədən, hardan, kimdən yarandığını, lap dəqiq desəm, yaradıldığını bilirəm. Amma cavabını öz bildiyim kimi yozuram, tapıram. Bunu doğru sayıram. Sual verənin hansı cavabı gözlədiyini bilsəm də. Nə isə…

Ağlımdan gəlib keçir ki, elə buradaca mənim iç dunyamın necə qaraldığını və o qaranlıqda son ümidin necə közərdiyini ifadə edim, dilə gətirim. Amma qorxuram ki, uğursuz alına. Bunu bilə-bilə də o işığı nəzmə çəkirəm və cəmi bircə bəndlə demək istəyirəm ki:


Bu qapıdı, bu bacadı, bu nədi?

Sınan qəlbim yel oynayan binədi!

Şükrüm ancaq biz görüşən günədi-

Onu da ki, son ünvana dəyişdim!..


İndi yəqin ki, bu nöqtəyə qədər oxduğunuz yazının nədən bəhs etdiyini müəyən qədər duya bildiniz. Əgər fəhm etdinizsə, demək nəsə deyə bilmişəm, yaza bilmişəm. Yox, əgər belə bir hadisə baş verməyibsə, onda mənim yazıq günümə. Burda da çiçəyi tumurcuqda qaldı. Açılmadı ki, açılmadı. Əvəzində isə bir şeir düşdü yadıma. İstədim ki, onu sizə oxuyum. Yəqin bu şeirdən sonra fikrinizdə müəyyən dəyişiklik baş verəcək. Bunu mən hökm kimi demirəm. Sadəcə, istəyimi dilə gətirirəm.


Mən yazdığım şeirlər

Sənə məktub, nəğmədi…

Odur ki, bu məktubu

Hər kəs duydu, dinlədi…


Ürək döyüntülərim

Misralarda dil açır…

Hər məktub bir tumurcuq-

Oxşayırsan, gül açır!..


Bəzən də küskün-küskün

Etinasız ötürsən…

Bilirsən, buz sınacaq-

O məktubu götürsən!


Hər halımın əksidi

Mən yazdığım şeirlər…

Həm də sənin əksindi-

Mənə səndən deyirlər!..


***

Hər dəfə məni küncə sıxan təkliyim, tənhalığım məni döyəcləyən sualların ağırlığı altında içimdən bir asilik gəlib keçir. Bu, Allaha qarşı deyil, bu dinə qarşı deyil. Bu, mənim özümə, öz taleyimə, öz hisslərimə, öz yaşamıma və bütövlükdə möcüdluğuma qarşıdı. Çünki yer tutmaq, başqasına yük olmaq, bir başqasına problem yaratmaq və yaxud kiminsə yolunun üstündə qaya parçası kimi lal-dinməz qalıb yolu keçənə necə deyərlər, kölgə salmaq və bununla da qıcıq yaratmaq o qədər arzuolunan, alqışlanan hərəkət deyil. Nə olsun ki, bu mənə, mənim öz dünyama bir rahatlıq, hüzn gətirir. Özümü həmin o çevrədə xoşbəxt sayıram… özümü o yerdə ucadan-uca, böyükdən-böyük görürəm. Çünki həmin o durduğum yerin adı SEVGİ, yaşadığımın adı SEVGİ, xəyalımın adı SEVGİ, düşüncələrimin adı SEVGİ, udduğum hava, içdiyim su da SEVGİ!

İndi özünüz də düşünün, bu boyda SEVGİnin içində olan birisi kimə xoş gələ bilər? Axı o, dayandığı yerdə görünür. Durduğu yerdə hiss olunur. Və bu da onun dayanmasını, görünməsini istəməyənlər üçün problemdi. Bax, bu məntiqlə, mənim öz inancımla sevgi adlandırdığım yer həm də PROBLEMdi. Mənə yox, başqalarına. Görmək istəməyənlərə, duymaq istəməyənlərə.

Mən bunu bilirəm, bunu hər gün yaşayıram və hər gün də o yerdən çəkilməyəcəyimə, o yeri tərk etməyəcəyimə daha çox israr göstərirəm. Bunun ürəyimə nəyin hesabına başa gəldiyini sevənlər bilər. Çünki onlar da mənim ruh doğmalarımdı. Və doğmalığın içində mənim yaşadığımın adının Dərd olduğunu da düşünənlər var. Mən bu düşüncəni qəbul edirəm və əminliklə söləyirəm ki, bu sevginin əslində bir adı da elə Dərddi - şipşirin dərd, baldan da şirin! Amma neyləyim ki:


Qarğışa düşüb Dərdim

Tək görür işini, tək!..

Yağışa düşüb dərdim-

İslanıb dişinədək!..


Gülləri bir-bir dərib

Həftə uzunu sərib...

Fələk ona vaxt verib-

Bu ayın beşinədək!..


Artdıqca Dərdin dəni

Çəkib gətirir çəni…

Məni tək qoyan, məni-

Oturub düşünə tək!..


***

Deyirlər ki, insanın qədəri müəyən mənada onun özündən də asılıdı. Mən hardasa bu fikrə şərikəm. Çünki Tanrı yaratdığı bəndəyə heç vaxt başdan-başa ağrı-acı, yurdsuzluq, didərginlik bir sözlə, əzab-əziyyət pay verməz. Deməli, hardasa bəndənin özü də ona yazılanın, ona verilənin qədrini ya bilmir, ya da ona əhəmiyyət vermir. Beləcə, hər şeyi zamanın axarına buraxır. Düşünür ki, o axında nə olar-olar. Sonda da həmin o ağrı-acı misqal-misqal toplanıb böyük rəqəmlərlə ifadə olunan çəkilər yaradır. Bu yumruq boyda ürək o çəkinin altında sıxılır-sıxılır. Nəfəs almağa, gün işığına çıxmağa çalışır. Amma çəkinin ağırlığı ona imkan vermir. Günahkar da o ürəyi sinəsində daşıyan olur. Bunu hamı bilir. Amma o ürəyin sahibi bəxtindən gileylənir, qədərinə asi olur. Bilmirəm niyə? Bəlkə təsəlli üçün. Bəlkə bunu çıxış yolu sayır. Onu da bilmirəm. Sadəcə, bildiyim və məni həmişə öz əhatə dairəsində saxlayan bir həqiqəti tanıyıram. O da Allahın hər bir bəndəyə olan sevgisi və onun üzərinə qoyduğu missiyadı…

Yəqin ki, mənim yazılarımdan az-çox xəbərdarsınız. Bilirsiniz ki, daha çox nostalji duyğulara, kövrək notlara köklənirəm. Qışqırmadan, bağırmadan, eləcə ağrılarımı, yəni sevgimi dilə gətirirəm, özü də pıçıltıyla. Böyük şairimiz Musa Yaqub demişkən, (Musa müəllim bu fikirlərini mənim "Sevgi pıçıltıları» adlı kitabımın ön sözündə yazıb – Ə.M.) mən sevgimi pıçıldayıram, eşidən və eşidənlər üçün. Bu pıçıltının yaratdığı əks-səda yenə sevgiyə çevrilir məndə. Nə qədər etiraz yüklü, alqış bükümlü olsa da, fərq etmir. Çünki eşidilibdi, sən eşitmisən. Bu artıq kifayət edir ki, səni bir az da artıq sevim. Bax, bu qərarla, bu həyat kredosuyla yol gedirəm, olumdan ölümə tərəf. Bilirəm ki, getdiyim yol boyu xəyalımda, duyğularımda, ürəyimdə, yanımda, hər yerdə sən varsan. Deməli, mənim bir Allah bəndəsi kimi özümlə apardığım sevgidi, mənə sizlərin dərd saydığı sevgidi. Amma bir vaxtlar yazdığım kimi, məndən də qalan sevgi olacaqdı – sənə də, sizlərə də. Çünki bu dünyada hələ heç kim özüylə heç nə, o cümlədən sevgi də aparmayıb. Hər şeyi qoyub gedib, elə sevgini də. Mən də bunu əminliklə məhz həyat təcrübəmə, gördüklərimə söykənib sizə söyləyirəm. Ona görə də çox rica edirəm, bəxtimə, qədərimə gülmə! Yaşadıqlarımı mənim haqqım kimi qəbul et, halalım hesab elə! Və bu pıçıltıları dinlə!


Gülmə mənim bəxtimə

Yazılan bu yazıya…

Ümidim var taleyin-

Buludu ayazıya!..


Enə çiynimdəki yük

Qəddim bir az düzələ…

Sonra yaxamı verə-

Təmənnasız düz ələ!..


Hələ bunun özü də

Xəyaldan bir ləçəkdir…

Ya olanlar qalacaq-

Ya nəsə gələcəkdir!


Hə, bir xeyli vaxtınızı aldım… bir xeyli sizi dağa-daşa saldım… və özüm də bir xeyli kol-kos doğradım. Nə qədər cəhd etdim ki, sözü birbaşa deyəm, amma o birbaşa olan sözü tapa bilmədim. Məcbur olub eləcə, bir nöqtədə sözü duyğularıma pərvanə etdim, daha doğrusu, Sevgimə! Lakin qoymadım qanadları ütülsün. Əvəzinə özüm yandım və o da mənim üçün bir təsəlli oldu. Çünki yazı boyu etiraf etdiyim sevgiyə və sevgidən yandım. Bax, qədər deyilən, yazı deyilən mənim üçün də elə budur!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK