ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA BİR NAĞILMIŞ...

20523    |   2016-09-24 09:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bir də görürsən ki, payız gəldi, yarpaqlar töküldü və ağaclar yetim qaldı. Bax, insan ömrü də payıza bənəzəyir. Dünyaya gəlir, öz izini qoyur və bir gün də payız küləyi kimi də Allahın dərgahına qayıdır. Onu yaşadan ürəklərdə, qəlblərdə qoyduğu izlər və bir də yazıb-yaratdığı yazılar olur...
...Çox qəribə və çox da təvazökar oğlan idi Qismət Babayev. Biz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda çoxlarımız bir-birimizi tanımırdıq. Amma çoxlarımızdan fərqli olaraq Qismət Babayev hamı ilə dil tapa, ünsiyyət yarada, bir süfrə arxasında əyləşib çörək kəsə bilirdi. Atasını erkən itirmişdi. Elə bu yetimlik də həmişə onun gözünün dərinliyində qıvrılıb yatmışdı. Bir balaca danışdıran kimi, bir balaca ürəyini ələ alan kimi o dəqiqə hiss edirdin ki, bu adamın qəlbinin dərinliyində bir atasızlıq dərdi yatır. Bunu heç kəsə bildirməzdi və heç kəs də bilməzdi ki, Qismətin acı taleyi onun həyatına necə təsir edib...
...Görüşərdik, zarafatlaşardıq və bir-birimizlə hal-əhval tutub söhbətləşərdik. Qismətin çox qeyri-adi xarakteri vardı: ciddi olduğu qədər də duzlu, yumorlu və şən bir oğlanıydı. Şamaxının Ərəbşalbaş kəndindən gələndə anasının düzəltdiyi sovqatı gətirib biz tələbə dostları - Rəhman Salmanlı, Loğman Rəşdizadə, Əli Səfəroğlu, Ağalar Mirzə, Məzahir Süleymanzadəylə yarı bölərdi. Deyərdi ki, Şamaxıdan yaxşı şirin çaxır, pendir, şor və bir də toyuq soyutması gətirmişəm. Axşam gəlin bizə, bir tikə çörək kəsək. Və biz də axşam gedərdik onlara, o ki, var yeyib-içərdik, zarafatlaşardıq və axırda da çıxıb gedərdik evimizə. Yox, bir az səhv elədim. Bizdən sonra Rəhman Salmanlı onun yanında qalardı. Hər ikisi gözəl şeir yazırdı. Yəqin bu yaradıcılıq da onları bir-birinə yaxınlaşdırırdı.
Tələbə vaxtı bizim uşaqların əksəriyyətini radio və televiziyada, o cümlədən qəzetdə yazıları çap olunurdu. Qismət də ən çox radioda ədəbi dram redaksiyasına gedərdi. Ağalar Mirzəylə birgə "Bulaq" verilişinin ssenarisini yazardılar. Və çox vaxt da verilişdən çıxandan sonar "Azneft"ə gəlib məşhur çayxanada bir stəkan çay içərdilər. Bu çayxanaya ən məşhur ziyalılar yığışardılar. Çay içməkdən çox stol arxasında ədəbiyyatdan, şeirdən, sənətdən, jurnalistikadan söhbət eləyərdilər. Həmin çayxana sanki bir akademiyanı xatırladırdı. Rəhmətlik Aydın Məmmədov, Kamil Vəliyev, Ramiz Rövşən, Aqil Abbas, Vaqif Bəhmənli, Vaqif Cəbrayılzadə, Ağacəfər Həsənli və digər istedadlı ziyalılar ora yığışardılar...
...Elə bil mətləbdən bir qədər uzaq düşdüm. Axı Qismət Babayevdən danışırdım. O Qismət Babayev ki, onu həyatda heç bir çətinlik əzə, sındıra bilmədi və heç nədən çəkinmədən həmişə haqq-ədaləti hər şeydən üstün tutdu. Çox vaxt elə başı düz söz deməyə, haqq-ədaləti qorumağa görə ağrıyırdı.
Bir dəfə elə oldu ki, erməni qızı onu şərlədi. Bizim məhkəmələr isə erməni qızını müdafiə elədi və Qismət Babayevə səhv eləmirəmsə 5 il iş kəsdi. Ermənilər heç vaxt öz şairini, yazıçısını, jurnalistini başqa millətin ayağına verməzdilər. Hətta həmin erməni şairi haqsız olsa belə. Qismət nə az, nə çox 5 il həbsxana həyatı yaşadı. Həmin illərdə ən çox onu axtaran, arayan tələbə dostlarımızdan Rəhman Salmanlı oldu. Dəfələrlə türməyə onunla görüşə getdi, sovqat apardı və çətin gündə ona arxa oldu. Yaşadığı Ərəbşalbaş kəndinin sakinləri bu kimsəsiz, arxasız oğlana dayaq durdular. El-oba pul yığıb onu türmədən vaxtından tez azad elədilər. Çünki Qismət sözün həqiqi mənasında Azərbaycanın, elinin, obasının, kəndinin namusunu, qeyrətini çəkən oğlan idi. Elə bu qeyrətinə görə də kənd camaatı onun arxasında durdu və sıxıntıdan qurtarmağına kömək elədi...
...Günlərin bir günündə yaxın dostum Rəhman Salmanlı mənə dedi ki, bəs bir həftədən sonra Ərəbşalbaşda Qismətin toyudu. Hazırlaş ora gedəcəyik. Tələbə dostlarımızdan Şamil Abdullayevin ağ "Jiquli"sində Rəhman Salmanlı, Abdulla Məcid, Məzahir Süleymanzadə və bir də bu sətirlərin müəllifi Ərəbşalbaşa yola düşdük...
...İsti yay günləri idi. Burdan Şamaxının kəndinə gedənə qədər lap əldən düşdük. Dostumuz Şamil müəllim maşını Şamaxıya çatmamışdan yaxşı bir çayxanada saxladı. Orda bir stəkan çay içib yenidən kəndə doğru irəlilədik. Kəndin çox qəribə görkəmi vardı: hər tərəfi dağlarla əhatə olunmuşdu. Həyətə çatanda Qismət bizi görəndə sevincidən gözləri yaşardı. Hamımızla qucaqlaşıb öpüşdü və özünəməxsus duzlu bir zarafat da elədi. Sonra keçdik mağara. Əyləşəndə gördük ki, toyu Alim Qasımov aparır. Digər qələm yoldaşlarımız - Əlipənah müəllim və əslən Şamaxıdan olan Saleh müəllim əyləşbilər. Və biz də həmin cərgədə oturub Alim Qasımovun möcüzəli muğam ifalarına qulaq asırdıq. Adam heç bilmirdi vaxt necə ötür.
...Bir qədər keçəndən sonra çörək yemək üçün Qismətin əmisigilin həyətinə keçdik. Orda ikinci mərtəbəyə qalxıb kəklikotundan dəmlənmiş çaydan içdik. Çay o qədər dadlı idi ki, indiyə qədər də onun dadı damağımdan getməyib...
Qismət toyunda anasına həsr etdiyi şeiri dedi. Düzdür, həmin misralar yadımda qalmayıb. Amma o şeiri eşidəndə nəinki mənim, bütün tələbə dostlarımın tükləri biz-biz oldu. Şeir o qədər gözəl, o qədər orijinal idi ki, sanki anasının qarşısında Qismət hesabat verirdi. Yaranışa görə Allahına və anasına dua edirdi. O sevgini, o məhəbbəti mən heç vaxt unuda bilmərəm. Çünki o şeiri deyəndə Qismət həm özü ağlayırdı, həm də bizi ağladırdı...
Qismət bir tikə çörəyini hamı ilə bölüşməyi bacaran ziyalı idi və bu çörəyə görə də heç kəsə minnət qoymazdı. Və çox yaxşı da dostlar qazanmışdı. Təsəvvür edin, Qədir Rüstəmovla dost olmaq və çörək kəsmək o qədər də asan deyildi. Amma Qismət onunla dost olmuşdu və yaxın yoldaşlıq eləmişdi. Hətta Qədir Rüstəmov Qismətin əmisioğlunun toyunu onun xətrinə pulsuz gəlib oxumuşdu. Elə Alim Qasımov da Qismətin toyuna pulsuz gəlmişdi. Bunun hamısını rəhmətlik Qismət Babayev özü danışardı.
Qədir Rüstəmov haqqında Azərbaycan mətbuatında üç gözəl yazıdan birini Qismət Babayev yazıb. O yazılardan birincisini dostumuz və qardaşımız, istedadlı yazıçı Aqil Abbas "Evləri köndələn yar" povestində qələm alıb. Bundan sonra Seyran Səxavət "Ulduz" jurnalında "Ağdamda Qədir Rüstəmovla atüstü söhbət" müsahibəsini dərc elətdirib. Hər üç yazı şedevr hesab oluna bilər. Və bu yazılar Qədir Rüstəmovun səsinə, ifasına və sənətinə layiq yazılardı. Qədirin səsi nə qədər şirin, nə qədər məlahətlidirsə, bax, bu yazılar da o dərəcə yaddaqalan və şirin yazılardı...
...Türmə həyatından sonra Qismət Babayev ailə qurdu və uzun müddət Cəfər Cabbarlı adına kinostudiyada redaktor işlədi. Burda da o öz istedadını, yaradıcılığını və ən nəhayət qabiliyyətini göstərməyi bacardı. Ümumiyyətlə, Qismət Babayev harda olubsa, harda işləyibsə orda özünəməxsus dəsti-xətti, istedadı və yaradıcılığı ilə seçilib. Və bir də Qisməti bizdən fərqləndirən cəhətlərdən biri o idi ki, onu öldürsələr də, başını kəsələr də, qanına qəltan eləsələr də mütləq öz sözünü, öz fikrini və öz düşüncəsini deməli idi. Düz söz acı olur. Dəfələrlə mənə də rəhmətlik bir neçə irad tutmuşdu. Bir balaca xətrimə dəymişdi. Amma sonradan düşündüm ki, Qismət düz deyib və bir də düz söz həmişə acı olur axı...
Tələbə vaxtı biz 4-cü kursu bitirəndə 3 ay Nasosnudakı (indiki Zeynalabdın Tağıyev qəsəbəsində) kazarmada "zbor"da olduq. Bu 3 ay müddətində hərbçilər tərəfindən anamızdan əmdiyimiz süd burnumuzdan tökülürdü. Gedib 2 il əsgərlikdə xidmət eləmək daha asan idi, nəinki 3 ay "zbor"da olmaq. Amma biz universitetdə oxuduğumuza görə, mütləq "zbor"da olmalı, sonra dövlət imtahanı verməli və zabit rütbəsi almalıydıq. İmtahandan kəsilsəydik, bizi iki illik hərbi xidmətə aparacaqdılar. Nasosnudakı kazarmada taxtabiti əlindən tərpənmək olmurdu. Bunu Qismət Babayev və Loğman Rəşidzadə mayor Manıyeviçə deyəndə o bərk əsəbiləşdi və əlini havada yelləyib çıxıb getdi...
...Sabahı günü təlimə gedəndə Loğman Rəşidzadə uşaqlarımıza dedi ki, bu Maneviçin başına oyun açmaq mənə borc olsun. Əmr verəndə heç biriniz yerinizdən tərpənməyin. Biz təlimə gedib Nasosnunun kənarındakı təpədə dayanmışdıq. Maneviç gəlib əmr verdi ki, ayağa qalxın, təlimə başlayın. Heç kim ayağa qalxmadı və heç kim də təlimə başlamadı. Maneviç əsəbi-əsəbi yenidən əmr verdi və yenidən heç kim qalxmadı. Maneviç ağladı və bir daha bizim vzvoda gəlmədi...
...Qismət elə bir oğlan idi ki, onun haqqında günlərlə, saatlarla, aylarla danışsan söhbət bitməz. Ən azından ona görə ki, o çox dəyanətli, ləyaqətli və sədaqətli insan olub. Elə dostları da həmişə ona sədaqətli çıxıblar...
...Bir gün yaxın qohumlarından biri Olimpin yanındakı nevroloji xəstəxanada müalicə olunurmuş. O da qohumuna dəymək üçün xəstəxanaya gedib və ordan çıxanda fikirli-fikirli yolu keçərkən sürətlə gələn avtomobil onu vurub. Tələbə dostlarından ona köməyə çatan professor Tofiq Yusifov olub. Nə qədər həkimlər cəhd eləsələr də onun həyatını xilas eləyə bilməyiblər...
Bayaq dedim ki, Qismətin sədaqətli dostları da var. Onlardan biri də "Şuşa" nəşriyyatının direktoru, istedadlı yazıçı-jurnalist və naşir Vasif Quliyevdir. Vasif Quliyev çox böyük kişilik edib Qismət Babayevin ölmündən sonra onun hekayələrini, povestlərini toplayaraq təmənnasız olaraq "Ağ dərə düzdə qaldı" adlı kitab çap etdirib. Buna görə Vasif Quliyevə bir yağlı "5" düşür. Çünki bu addımı atmaq hər oğulun işi deyil. Və bir də Qismət Babayev bu cür dostları, sədaqətli insanları zamanında qazana bilib. Ona görə də Qismət Babayev kimi dəyərli ziyalılar, yazıçılar, şairlər heç vaxt ölmürlər və onlar övladlarının, nəvələrinin, dostlarının ömürlərində yaşayırlar. Ona "Allah rəhmət elsin" deyə bilmirəm. Çünki Qismət Babayev ölməyib və sağdır...



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK