hacklink Adalet.az | ADIMIZLA BAĞLI Adalet.az | ADIMIZLA BAĞLI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADIMIZLA BAĞLI

61855    |   2013-02-02 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əziz oxucular, hərdənbir tarixin saralmış yarpaqlarını vərəqləmək və bəzi məsələlərə toxunmaq məni digər məsələlərdən özünə daha çox cəlb edir. Yəqin bu da şəxsən özümün tarixə duyduğum məhəbbətdən yaranır. Yadımdadır, mərhum atam Azərbaycan, İran, Türkmənistan, Tatarıstan və Qafqazın müəyyən şəhərlərindən söhbət edərdi, bildiyi bəzi tarixi hadisələrdən danışardı. O vaxt mən dünyadan əl-ayağımı çəkmişcəsinə nəfəs dərmədən atama qulaq asardım. İfrat dərəcədə əsəbani bir kişi olsa da, tarixi hadisələrdən danışanda sözləri ipək kələfinə dönür, narın bir bulağın suyu kimi ruhuma hopurdu. Mənə tarix sevgisini o aşıladı.

Liseydə oxuyanda bir tarix müəllimimiz vardı, adı Nəjat Birdoğandı. Onu da çox sevmişdim, çünki tarix dərslərini canlı auditoriyaya çevirirdi. Dərsdə elə danışırdı ki, onun dərs dediyi vaxt biz meydan müharibələrini, əsgərlərimizin dönməzliyini, sərkərdələrimizin igidliyini, xaqanlarımızın insansevərliyi ilə yanaşı döyüş meydanında məğlub etdiyi düşmənə göstərdiyi hörməti, milləti və dövləti yolundakı hər bir fəaliyyətini, orduların yürüşünü ən canlı səhnələr kimi gözümüzün qabağına gətirə bilirdik. Sonralar bildim ki, Nəjat Birdoğan ələvidir. Dissertasiyamla bağlı işləyərkən onun ələviliklə bağlı sanballı əsərlərini tapıb aldım, istifadə etdim və ələviliyin müəyyən detallarını ondan öyrəndim. Tanrı məkanını cənnətə döndərsin. Universitetdə oxuyanda isə, Türkiyənin mədəniyyət tarixçisi prof. dr. İbrahim Kafəsoğlu mənim tarix müəllimim oldu. Deməli, mən Tanrının sevimli qulu idim ki, mənə öz tariximi, öz milli kimliyimi tanıdan müəllimlər öz sahələrinin ən maraqlı insanları, alimləri olublar. Mərhum Kafəsoğlu ilə birlikdə prof. dr. Mustafa Kafalı, prof. dr. Gülçin Çandarlıoğlu, prof. dr. Abdülkadir Donuk mənə dərs dedilər. Hamısına ömür boyu minnətdar olacağam, çünki onlardan çox şeylər öyrəndim.

Bugünkü yazımda istəyirəm ki, Türk sözü üstündə dayanam.

Tarixşünaslar Türk sözünə bir çox mənalar yükləyiblər. Keçmiş tarixçilərin fikrinə görə, əvvəlki vaxtlarda dəbilqə, kamillik əsri, dəniz sahilində məskunlaşmış insan, cəzb etmək mənaları, Türk sözünün sinonimi olub. Ancaq ötən əsrdə isə daha elmi izahlara üstünlük verilib. Türk adının "törəmək" felindən yarandığı və "törəli" yəni, nizam-intizamlı və qanun yiyəsi, qanun yaradan olduğu şəklində şərh edilib. Bu sözün bir də güc, qüvvət, sifət şəkli ilə desək, güclü, qüdrətli olduğu da tarixi sənədlərdən aydın olub. Türk sözü, semantik yöndən inkişaf etmiş, qüdrətli mənalarına da malik olub. Miladi 420-ci illərdə yazılan bir Pers mətnində Türk sözü, Turanlı xalqlar mənasında işlədilib. Ancaq real bir fakt vardır ki, Türk adı tarixdə ilk dəfə Göytürk İmperiyası tərəfindən işlədilib, dövlətin adı olub. Bu da Türk adının, bir kütlənin irqi mənsubiyyətini təyin edən ad olmadığını və onun siyasi məna daşıdığını sübut edir. Kinşan dağlarının ətrafında yaşayan və öz müstəqilliyini elan edərək dövlət quran Türk tayfasının adı, vaxt ərzində böyüyüb imperiyaya çevrilən Göytürklərin siyasi adına çevrilib və tarix ərzində o tayfaya qohum olan tayfalar da həmin adı siyasi bir ad kimi götürüb mənimsəyiblər. Deməli Türk sözü, bir millətin etnik adı əvəzinə, müstəqilliyini elan edərək dövlət yaradan Türk adlı tayfaya qohum olanların mədəni və siyasi bir bayraq altında cəmləşdiyi ictimai-siyasi ad olubdur.

Söhbətin bu yerində türklərin etnik yönünə də qısaca toxunmaq istəyirəm. Bəri başdan deyim ki, nə mənim, nə də irəli sürdüyüm fikirlərin irqpərəstliklə hər hansı rabitəsi yoxdur. Mən məsələyə sosioloji güzgüdən baxmaq istəyirəm.

Türklərin etnik kimliyinə antropoloji cəhətdən müxtəlif yönlərdən yanaşılıb. Hətta bəziləri türkləri monqollarla eyni kökə mənsub bir xalq kimi qələmə verib. Xüsusilə 21-ci əsrin ortalarından sonra aparılan arxeoloji axtarışlar nəticəsində türklərlə monqolların arasında etnik yöndən hər hansı rabitənin olmadığı aydın edilib. Elmi araşdırmalar sübut edib ki, dünyada cəmisi üç növ soy qrupu vardır. Onlar monqoloid, neqroid və yevropoiddir. Türklər, yevropoid qola daxildir. Türklər ağ dərili, tünd parlaq gözlü, ümumiyyətlə dəyirmi üzlü, sağlam bədənli, ovçu, döyüşçü bir xalq kimi qələmə verilib.

Türklərin tarix boyu özlərinə məxsus totemləri olub. Qartal, ceyran, qurd, ulu dağlar, ulu çaylar, çinar ağacı, ağcaqayın, qara şam v s. Türklər onlara daim hörmətlə yanaşıb.

Orta Asiyada Altay-Sayan dağlarının şimal-qərb bölgəsində yaşayan türklər böyük siyasi çıxışlar edərək sistemli şəkildə də dünyaya yayılıblar. Türklərin dünyaya yayılmasına və böyük coğrafiyalara hökm etmə səbəblərindən biri də türklərin cahana hakim olma ideyasıyla bağlıdır. Tariximizin əfsanəvi xaqanı Oğuz, Suriya səfərindən uğurla qayıtdığında böyük bir toy təşkil etdirmiş və orda xalqına çıxış edərək demişdi: "Yay çəkən xalqları birləşdirdim, hamısı Hun oldular. İndən belə göy çadırımız, günəş tuğumuz (bayraq) olsun". Bu da həmin ideya ilə səsləşir.

Daş dövrünün ilkin çağlarında Altay-Sayan dağlarının şimal-qərbində məskunlaşmış türklər eradan qabaq 1700 illərindən tutmuş ətrafa hakim olublar, bir hissəsi də Qazağstanı ötüb Mavəraunnəhrə kimi yayılıb. Eradan qabaq birinci min illiyin birinci əsrindən tutmuş Çinin şimal-qərbindəki Qansu, Ordos çöllərinə hakim olublar. Buradan ayrılan Türk tayfaları qərbdə Volqa çayına üz tutaraq iki hissəyə ayrılıb. Bu coğrafi ayrılıq türklər arasında dil fərqliliyinin yaranmasına da amil olub. Beləliklə, Qıpçaq və Oğuz qrupları yaranıb. Buna Şərq Türkcəsi ilə Qərb Türkcəsi də deyilir. Bu ayrılıq, eradan qabaq 3-cü əsrdə yaranıb.

Altay-Sayan dağları bölgəsindən qərbə, qədim baba yurduna sarı gələn türklərin bir hissəsi eradan qabaq 4-cü və 3-cü əsrlərdə Xəzər dənizi və Volqa çayı ətrafına gəlib məskunaşıblar və buralardakı yerli türklərlə qaynayıb-qarışıblar. Bir hissəsi isə Hun İmperiyasına daxil olub və Asiyanın şimal-qərb bölgəsində yaşayıb, daha sonra da Sibirə sarı üz tutublar. Onların bir hissəsi eradan qabaq birinci min illikdə Hindistanın İndus-Pəncab bölgəsinə (Şumerlərin doğma vətəni) gedib.

Asiyada yaşayan türklərin buralardan kütləvi şəkildə köçməsinin iki amili vardır. Birincisi, iqlim şəraitinin pisləşməsi və güzəranın çətinləşməsi, ikincisi isə güclənmiş qonşu xalqların daimi təzyiqləri və türklərin də təzyiq altında yaşayacaq xarakterdə olmamasıdır. Hamı bilir ki, Türk xalqı öz azaldığına hər bir şeydən daha çox əhəmiyyətlə yanaşır. Ac- yalavac yaşayabilər, ancaq əsarət altında əsla. Türklərin qurdu özünə totem seçməsinin əsas amili də qurdun heç vaxt ələ öyrədilə biləcək xarakterdə olmamasıdır.

Adımız, bizim dünya tarixinə şanlı şəkildə vurduğumuz möhürdür. Türk demək, alicənab, səxavətli, humanist, böyük-kiçik hörməti gözləyən, ailəsinə bağlı, ləyaqətli, cürətli, cəsur, güclü və zalın qarşısında əyilməz, dönməz və azadlığını hər şeydən üstün tutan millət deməkdir. Türk tarixinin əvəzsiz sərkərdəsi və dövlət xadimi Atatürk, "Nə mutlu Türküm diyənə" sözünü əbəs yerə deməyib. Məkanın cənnət olsun ey Ulu İnsan!..

Məni Türk və müsəlman yaratdığına görə Tanrıma nəhayətsiz həmd-səna olsun.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK