adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2021 14:20
1666
GÜNDƏM
A- A+

Hakimiyyətin devrilməsinə çağrış etdi və cəzalandırıldı: Müşavir vəzifəsindən qovuldu

Noyabr ayının birinci ongünlüyündə Ermənistan Prezidentinin müşaviri Tevan Poqosyan öz Feysbuk səhifəsində maraqlı bir  paylaşım etmişdi:

“Ermənistanda Milli Xilas Komitəsi və ya Dövlət Müdafiə Komitəsi yaradılmalıdır. Bizim müharibə hələ bitməyib. Qələbənin girovu milli birlikdir”-deyə hakimiyyəti devirməyə çağırmışdı.

 Adalet.az Tevan Poqosyan Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb. O, bunu yerli “Hraparak” qəzetinə müsahibəsində deyib: “Mən bir neçə aydır ki, Prezident Armen Sarkisyanın müşaviri deyiləm”, – o qeyd edib.
Ermənistanın keçmiş deputatı dövlət başçısı ilə sonuncu dəfə aprel ayında görüşdüyünü bildirib.


 Aydın görünür ki, müxalifətin təsirinə düşmüş müşavirin fb səhifəsində yazdığı onun vəzifəsindən çıxarılması ilə nəticələnib.


 Əntiqə Rəşid