SON DƏQİQƏ:

Bircə Günəşimiz var... - Eminquey yazır

  22563   |  
Şriftin ölçüsü  

“Bu boz şiferli evlərin əvəzinə qırmızı kirəmitli damların altında yaşamaq istəyərdim” – yazmışdım, istədim xəyallarımı yazıya çevirim.

Ətrafımda kərpicinin sayı görünməyən, boz suvaqdan ibarət olmayan rəngbərəng evlər, binalar.

Çərpələng uçurdanlar, otluqda piknik edənlər, havaya köpük uçurdan uşaqlar.

Mən də bu göyqurşağı yaşamın bir küncündə sevdiyim qızla qol-qola bütün maddi problemlərdən min ağac uzaq, şad-xürrəm doğma Bakımın maşın tüstüsü qoxan havasını uda-uda gəzirəm. Eybi yox, olsun, bir evin yanından keçərik, gözəl bir yeməyin ətri vurar burnumuza, bir gülsatanın yanından keçərik, lap bir-birimizi qoxlayarıq...

Hərdən dostlarla – onların da sevdiyi xanımlar yanlarında – bir yerə yığılışıb deyib-gülərik.

Məscid minarələri bir yanda Azan oxuyar, kilsələr o biri yanda zəngini çalar, axşam əlidolu pay-pürüş, ürəyidolu sevinc sarı rəngli, qırmızı kirəmitli xudmani evimizə qayıdarıq.

Anam qucağında nəvəsi qapını açıb bizi qarşılayar.

Xoşqədəmlərsiz, Zaurlarsız – yəni ağlaşmasız, sızlaşmasız.

Kiminsə ailə münaqişəsini, kasıblığını, kimsəsizliyi əli ağzında mat-məəttəl qarşılayarıq. “Aa, belə də iş olar?” deyib təəccüblənərik – ildə-ayda bir dəfə baş verən hadisələr kimi.

Pandemiyada, qadağaların ağuşunda gizlənən burnumuz özgələrin həyatından çıxar, ağzımız özümüzdən danışmaqla məşğul olar.

Şəhəri şəhər kimi sevərik, kəndi kənd, Azərbaycanı Azərbaycan.

İnsanlar mədəni istirahətə, mütaliəyə pulu dərd eləməz.

Bu dərdsizlikdən nəsibimizi alıb rəsmlərimizi, kitablarımızı sata bilərik, aktyorların gözü teatr salonlarındakı izdihamlardan mazol olar.

Gülməyin e.

Amerika filmi deyil.

Arzularımdır.

Bəlkə də elə o filmlərdən təsirlənmişəm, nə bilim.

Silkələməyinizə lüzum yoxdur, ayıldım.

İnsanların maddi durumlarını müzakirə etməyə ehtiyac yoxdur – görünən dağa nə bələdçi?! Hərə birtəhər də olsa başını saxlayır – itirməmək üçün.

Kimisi quldur, kimisi firon, kimisi Amonhoteplik eləyir, kimisi Züleyxalıq, kimisi də Yusiflik.

Bir sözlə, çörəyimiz daşdan çıxır.

Çölə açılmayan pəncərəmizdən bu şəhərin bozluğunu, sevincsizliyini çox aydın görürəm. Elə öz evimizin damı da bomboz, şiferlərdən ibarətdir. Özümüz də yerin dibində yaşayırıq. Məhəlləmizdə uşaqlar çərpələng əvəzinə maksimum velosiped-zad uçurdar. O da ki bu dar məhəllələrdə biraz söyüş yiyəsi olmağa bərabərdir.

Mən ətrafı yalnız çəhrayı eynəkdən seyr etmək istəmirəm, sadəcə, istəyirəm ki, heç olmasa, bu da olsun.

Avtobusların basabaslarından düşüb çəhrayı mənzərələri görüb biraz da olsa toxtayaq.

İşdən yorğun-arğın gəlib də ağlaşmaz, sızlaşma səsi eşitməyək, biraz dincimizi ala bilək.

Maddi problemlərə, müahribələrə, ölüm-itimlərə sinə gərmək üçün enerjini hardansa almaq lazımdır.

Hələliksə havamızı əlimizdən maskalar alıb.

Bir dənə Günəşimiz var.

Onun önünü buludlardan başqa heç kim kəsə bilmir.

Günəbaxanlar kimi boynumuzu çiynimizə büküb öz-özümüzə sığınırıq...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK