SON DƏQİQƏ:

Biz-ədəbiyyatın kahinləriyik...

  12187   |  
Şriftin ölçüsü  

(üçüncü yazı)

 

Biz-ədəbiyyatın kahinləriyik... Nə olsun XXI əsrdə yaşayırıq? Nə olsun kahinlər "lənətlənmiş" adlanır? Bunlar yetərmi bizə biz olmamağı öyrətməyə? Məncə, yox... Dünyanın bütün kitabları ruhdan başlayıb. Bütün gözəl şeirləri ruhlar yazıb. Və yazır da... İlk şairlər məbədlərdə ən yüksək kahin rütbəsinə yüksəlib, bunu danaqmı indi? Bu gün elmin belə haqqında ikimənalı düşündüyü İştar da şair olub. "Bilqamıs"ı danışan da. Bütün əski dünyanın tarixi, dünyagörüşü şeiriyyətdə öz boyuna biçilən donu geyib və qarşımızda belə cilvələnib. Və bunlar zarafat deyil... Zarafat olsa, dünya başqa cür olardı. Eminin dediyi kimi...

 

Sancıdan qıvrılan anaya

məktub gələ

bətnindəki körpədən:

məni gözlməyin...

bu, zarafatdı!

 

Odur ki, kahinliyimizi zarafat qəbul etməyin! Əsla! Sehrli ayinlər də edirik, qeyri-adi tilsimli sözlər də pıçıldayırıq. Və bütün bunlar şeir adlanır... Məsələn, Emin Piri öz şeirlərinin hamısında özündən danışmır. Başqa bir Emindən danışır. O Emindən ki, axşam olanda yaşıdlarına, həmsöhbətlərinə qoşulub Bakının küçələrini gəzmir. Pəncərədəki pərdənin rəngi tündləşəndə gecənin gəlişini dolan gözləri, ovuclarında cücərtdiyi, üzünü ovuclarına alıb qoxusunu ciyərinə çəkdiyi xatirələri ilə salamlayır. Ona sehrli kəlmələr pıçıldayaraq özünü anladır...

 

Şəhid məzarlarını

mərmərə bükdük...

daş qoyduq başlarına...

qalxa bilməsinlər

üzümüzə tüpürməyə...

 

O qədər elmi cümlələr yazmaq olar ki... O qədər analizlər, təhlillər... Tənqidvari təriflər də... Ancaq, bütün bunlar Eminin obrazı olan "kahin Eminin" ruhunu sakitləşdirə biləcəkmi? Onun sirrini anlamağa kömək edəcəkmi? Məncə, yox.. Çünki, bu gün Emin bir qonaq qarşılasa ona süfrədə ən gözəl nemətləri düzəcək. Amma, heç vaxt, həm də heç vaxt ürəyindəki süfrədən bir tikə də onun çayına salmayacaq. Kahin Emini onun ətrafındakılardan heç biri tanımır. Bizi ən yaxşı anamız tanıyar deyirik, amma analar da yanılır. Ruhumuz anaların deyil. Allahımızındı... Bizi ən gözəl duyan sevgilimizdi deyirik. Amma, sevgililər arxa kadrdakı düşməndi həmişə. Hər an onun vurduğu zərbəni gözləyirik. Ya ayrılarsa? Ya çıxıb gedərsə? Ya yerimə başqasını qoyarsa? Odur ki, daixilimizdəki kahini ona da göstərmirik.. Əksinə, sehrimizdən istifadə edirik ki, bir-iki kəlmə sehrli pıçıltıyla onun gedən yollarını bağlayaq... Yenə bu pıçıltının adını şeir qoyaq...

Eminin sevgisi də məhz budur. Hər zaman əlindəki tüstülənən çubuğu üfürüb tüstüsünə misralar bələyir ki, onun qorxusunu sevdiyi anlamasın. Bunu da ikinci Eminin adından yazır...

 

Görüşəndə

sevgilisinin əlində

gözü axtarırdı

ona veriləcək gülləri...

 

İndi

kitabları arasında qurutduğu

gül ləçəklərində axtarır

sevgilisinin cəbhədə itirdiyi əllərini...

 

Həmişə də anlatdığı hər nəysə bir az əksik qalır Eminin. Elə bil bir daş tapırsan, hansı ki, köhnə məbədin yolunu onunla açacaqsan... Açar yerinə yaxınlaşanda divardakı oyuğun 6 guşəli olduğunu görürsən... Əlindəki daşın isə 5... Barmaqlarının sayından qorxursan... Və itirəcəyindən qorxsan da barmaqlarının arasında seçim edirsən... 6-cı guşəyə hansı barmağını qoyasan ki, kəsilsə də yeri göynəməsin? Bu qədər çətindi əslində daixilindəki ruhla çarpışmaq. Onu cilovlamaq...

Emin də cilovlaya bilmir... Bütün bildiklərini anladır... Ancaq, qısqanclıqla... Yenə nəyisə demir... Elə bilir ki, desə, ürəyindəki günəş şüasının sızqalarından qorxan hisslər başqasına aid olar... Amma, bu şüaların sızdığı yerdən də onun burulğanlı duyğuları, narahatlığı gün üzünə çıxır... Biz yalnız bu gün üzündə olanları oxuyuruq...

 

Toplardan,

təyyarələrdən

doğan uşaqlar

yerdə bələklərdən çıxırdı...

uşaqların yerdə

batan səsləri

göydə mələklərdən

çıxırdı...

Budur, kahin Eminin dünyaya hayqırtısı... Barışmazlığı... Üsyankarlığı... Başını qara bir daşa söykəyib çarəsizcə iniltisi... Ancaq, bu gün pəncərələri parıldayan göydələnlərə baxır Emin Piri... Dənizin mavi sularında romantika axtarır... Avtobusların basabasında bir ovuc hava axtarır... Ta ki, yatdığı yerdə kahin ruhu onu silkələyib qələmə, varağa aparana qədər... Orda isə dəniz dərdi başlayır... Dəniz gündüz olduğu kimi romantikcəsinə göz vurmur sevgililərə... Hamının yatmasını gözləyib ki, kahinlərə dərdini desin... Axı, təbiət həmişə insanla danışmağa cəhd edir... Bunu da ancaq kahinlər bacarır...

 

Söymə bu dənizi, balıqçı qardaş,

xırda soxulcana gəlməz hər balıq.

Bir dəfə də öpüş qoy tilovuna

bəlkə sevgiyə aldanıb

bir balıq düşə “toruna”.

 

Görən hələ də şübhə edən varmı şairlərin kahinliyinə? Daha olmaz, vallah... Daha olmaz... Əgər şairlər kahin deyildisə niyə 37 yaşadı Azərbaycan? Şairlər kahin deyildisə, niyə ən qədim dünyanı şeirlərdən oxuyuruq? Niyə milliyimizi tanıyaq deyə bayatılara, nəğmələrə baş vururuq? Doğru deyirəm, vallah... Biz-ədəbiyyatın kahinləriyik... Bizi qoruyun! Min ildən sonra şeirlərimizdə özünüzü tapmaq üçün...

 

Şəfa Vəli

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK