5 ildə məcburi köçkünlərin sosial müdafiəsi üçün bu qədər vəsait ayrılıb
Vətən müharibəsində qazanılan Zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb. Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat , 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat xərclənib. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir.
Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 2026-cı il öhdəliyi nəzərə alınmaqla 25 milyard manatdan çox vəsait ayrılır. Vətən müharibəsindən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir.
Digər Xəbərlər
03 Iyun 2026 12:28
“Bu, Rusiyanın namizədinin hakimiyyətə gəlmə ehtimalını minimuma endirir”
03 Iyun 2026 09:55
Qızıl və gümüş ucuzlaşdı
03 Iyun 2026 09:28
Neftin bu günə olan qiyməti
02 Iyun 2026 10:34
“Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin yeni qolu deyil”
02 Iyun 2026 10:24
Azərbaycan nefti bahalaşdı
01 Iyun 2026 22:28
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
01 Iyun 2026 20:41
Azərbaycan və ABŞ arasında 7,5 milyard dollarlıq müqavilələr imzalandı - FOTOLAR
01 Iyun 2026 17:05


Bakı -°C

