adalet.az header logo
  • Bakı -°C
03 Iyun 2026 13:10
75
HADİSƏ
A- A+

DYP gecəki qəza ilə bağlı məlumat yaydı - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən Adalet.az-a bildirilib ki, iyunun 2-si saat 23 radələrində Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

“Eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır”, -  məlumatda deyilir.