Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ
“Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar hər il olduğu kimi bu ildə zəruri təhlükəsizlik tədbiri görülüb. Cari ilin aprel ayından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə birlikdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız, təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlüksəizlik qaydaları barədə təlimatların təqdim edilməsi olub”.
Adalet.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
O bildirib ki, bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə, habelə IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və sualtı təmizləmə işləri aparılıb:
“Dənizdə üzmə sərhədini müəyyən edən nişanlar quraşdırılıb. Çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün lövhələr yerləşdirilib. Eyni zamanda xidmətdə matros xilasedici vəzifələrinə vakant elan edilib. Xidmətin balansında olan xilasetmə vasitələri, o cümlədən dalğıc-axtarış işlərində istifadə edilməsi üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Digər Xəbərlər
03 Iyun 2026 12:49
Sabah 31 dərəcə isti olacaq
03 Iyun 2026 10:25
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA
03 Iyun 2026 10:08
Ödənişli yol istifadəyə VERİLDİ
02 Iyun 2026 11:44
Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO
02 Iyun 2026 10:26
Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
02 Iyun 2026 10:03
“Sosial problemlər təkcə maddi gəlir, uşaqpulu, böyükpulu ilə əlaqədar deyil”
02 Iyun 2026 09:59
“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar tamaşalar təşkil edib
01 Iyun 2026 20:51


Bakı -°C

