adalet.az header logo
  • Bakı -°C

İsraillə "Hizbullah" arasıda atəşkəs olacaqmı? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
43 | 2026-06-02 10:53
A- A+

 ABŞ prezidenti Donald Tramp artıq neçənci dəfədir ki, bəyan edir ki, İsraillin baş naziri Benyamin Netanyahu və "Hizbullah" təşkilatının hərbi qanadının yüksək rütbəli nümayəndələrinin biri ilə, Livanda atəşin dayandlrılmasl ilə bağlı razılıq əldə edib.

 Ağ Evin rəhbərinin sözlərinə görə, Netanyahu ilə konstuktiv danışıqlarından sonra, belə şərtləşiblər ki, İsrail ordusu Beyruta göndərilməyəcək. Livanın paytaxtına tərəf irəliləyən ordu qüvvələri, artıq geri qayıdır. 

 "Eyni qaydada, Hizbullahın yüksək rütbəli nümayəndəsi ilə çox yaxşı söhbətim baş tutdu və onlar da, atəşin dayandırilması ilə razılaşdllar"- deyə Tramp bildirib.

 ABŞ prezidenti İsrail və Hizbullah araslnda, İsraillə HƏMAS arasında  dəfələrlə atəşin dayandlrllması ilə bağlı bəyənatlar verib. Lakin, bu bəyanatların sonunda bir əmma qoymağıda unutmur. ABS prezidenti bu dəfəki bəyənatınada əlavə edib ki, Hizbullahın nümayəndəsi İsrail onlara hücum etməsə, onlarda İsrailə hücum etməyəcəklərini, Netanyahu isə, Hizbullah onlara hücum edərsə, İsrailin Beyrutdakı terror "yuvalarına" hücum edəcəklərini bildiriblər. 

Bir sözlə, ABŞ prezidentinin atəşkəslə bağlı bu bəyanatının da, reallaşacağı inandırıcı görünmür. Çünki, istər İsrailin bəzi qüvvələrinin, istərsə də, Hizbullahın yalnlz İranın tapşırıqları ilə  hərəkət edən radikal hərbi nümayəndələri  münaqişənin dayanmasını istəmirlər və onlar istənilən vaxt atəşkəsi poza bilərlər. Bu isə, müharibənin yenidən qlzışmasına gətirib çıxara bilər. 

İsrailin bəzi hakimiyyət qüvvələri  ABŞ prezidenti Donald Trampa müraciət edərək, Livanın paytaxtına aviazərbələr etmələrinə razılıq verməsini xahiş ediblər. 

 İranın Tasnim agetliyi isə bildirir ki, İran İslam Respublikası, İsrailin Livana qarşı keçirdiyi hərbi əməliyyatlarına etiraz olaraq, ABŞ-la aparılan danışıqları dayandırır və Hörmüz boğazının tamamilə bağlayacaqlarını bildirib. 

 Yəni, ABŞ prezidenti əminliklə yaxın günlərdə atəşin dayandlrılacağını bəyan etsə də, real vəziyyət onu göstərir ki, Donald Trampın bu bəyanatıda havadan asılı qalacaq...

 

TƏQVİM / ARXİV