Ödənişli yol istifadəyə VERİLDİ
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür. Bu baxımdan, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.
Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.
Digər Xəbərlər
03 Iyun 2026 10:25
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA
02 Iyun 2026 11:44
Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO
02 Iyun 2026 10:26
Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
02 Iyun 2026 10:03


Bakı -°C

