ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır - Politoloq
“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın mümkün sui-qəsdlərindən qorunmaq üçün ABŞ səfirliyində qalır. Ermənistan Baş nazirinin mühafizəsi və mümkün təxribatların önləmək üçün CİA Ermənistanda fəaliyyətini genişləndirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistanda seçkilər təkcə bu ölkənin daxili işi deyil, ümumi olaraq Cənubi Qafqazın geosiyasi nizamına həlledici təsir edəcək bir siyasi hadisədir:
“Belə olmasaydı Rusiyanın açıq şəkildə Ermənistana təzyiqləri və ABŞ-nin bu ölkənin baş nazirinə tam dəstəyi baş tutmazdı. ABŞ Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirir. Hər iki ölkə ilə strateji tərəfdaşlıq Xartiyası imzalayıb. Artıq Gürcüstanla da münasibətləri normallaşması istiqamətində işlər aparır. Çünki, B. İvanaşvili kölgəsində olan "Gürcü Arzusu" hökuməti Moskvaya yaxındı və izlədiyi siyasət regionunun siyasi gələcək vizionu ilə paradoksdu. ABŞ Cənubi Qafqaz siyasətində Rusiyanı sıxışdırmaq siyasəti aparır. Xüsusilə, bunu Ermənistanda edir. Vaşinqton Cənubi Qafazda öz geosiyasi mövqelərini gücləndirməklə regionda yeni bir siyasi -iqtisadi mərhələyə başlayır”.
Vasif
Digər Xəbərlər
16 Iyun 2026 13:33
Leyla Əliyeva UNFCCC-nin icraçı katibi Saymon Stillə görüşüb
16 Iyun 2026 11:12
“Hər dəfə atəşkəs üçün razılaşırdıq və dərhal başqa ərazini ələ keçirirdik...”
16 Iyun 2026 11:05
“Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən...”
16 Iyun 2026 10:55


Bakı -°C

