Ölkəmizdə "neandertal" qalığı tapılıb
"Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz mərhələsindədir".
Adalet.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.
O bildirib ki, hazırda bu qalığın üzərində tədqiqat işləri aparılır: “Yaponiyadan analizin cavabını gözləyirik. Nəticələri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəyik. Bu tapıntı arxeoloji qazıntıların ən mühüm naliyyətlərindən biridir. Bu, insan çənəsi qalığından sonra son yarım əsrdən artıq dövrdə arxeologiya elminə verəcəyi ən böyük töhfə olacaq”.
Qeyd edək ki, Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır.
Digər Xəbərlər
02 Iyun 2026 09:52
Bu buzlaq 6 ölkəni su altında qoya bilər
02 Iyun 2026 09:45
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi - VİDEO
01 Iyun 2026 15:49
“Azərsun Holdinq” uşaqlar günü münasibətilə silsilə tədbirlər keçirib - FOTOLAR
30 May 2026 07:51


Bakı -°C

