adalet.az header logo
  • Bakı -°C
03 Iyun 2026 16:07
69
HADİSƏ
A- A+

Zaqatalada 6 Nigeriya vətəndaşı TUTULDU - FOTO

DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb.

Adalet.az DSX-yə istinadən xəbər verir ki, Nigeriya vətəndaşları - 1980-ci il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılııblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.