"Ulduzlu görüşlər"in növbəti qonağı Məhəmməd Turan olub
"Ulduzlu görüşlər"in növbəti qonağı Məhəmməd Turan olub "Ulduzlu görüşlər"in növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Məhəmməd Turan olub.
AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri və ədəbiyyatsevərlər iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs öz həmyaşıdları arasında fərqlənməyi bacaran Məhəmməd Turanın yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur gənc həmkarı haqqında qənaətlərini bölüşüb. Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin keçmiş rəhbəri Şəfa Məmmədova Belarus Dövlət İqtisadiyyat Universitetində təhsil aldığı müddətdə Məhəmməd Turanın fəallığı və yaradıcılığı ilə Belarus ictimaiyyətinin diqqətini cəlb etdiyini vurğulayıb.
Məhəmməd Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Öz düşüncələrini bölüşüb, şeirlərini səsləndirib. Tələbələrin çoxsaylı suallarını cavablandırıb. Ədəbiyyat və yaradıcılıqla bağlı fikirlərini səsləndirib.
Digər Xəbərlər
16 Iyun 2026 09:51
Əbülfət Mədətoğlu: Cavabsız sual
15 Iyun 2026 13:45
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
15 Iyun 2026 12:43
‘’Bizə dedilər ki, daxili işlər naziri dəstəsi ilə iclası dağıtmağa gəlir… ’’
12 Iyun 2026 15:38
Biz nədən qorxuruq? - Tərlanə Yaqubqızı yazır
12 Iyun 2026 12:45
Rafiq ƏLƏKBƏR: Gəl, elə dost olaq ki...
12 Iyun 2026 09:34
“Mədəniyyət sahəsində müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır”
11 Iyun 2026 13:58
Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı - Etibar Əliyev yazır
11 Iyun 2026 10:43


Bakı -°C

