Fosforlu Cevriyye - YılmazÖzdilyazır

YILMAZ ÖZDİL
59633 | 2021-03-24 23:01

Sevə-sevə dilimizə uyğunlaşdırdım ki, oxuyasınız. Qadınlarımız üçün də, kişilərimiz üçün də dərsdir bu qadının həyat hekayəsi. 

Suat...

1901-ci ildə Çamlıcada böyük bir malikanədə dünyaya gəldi. 

Osmanlı aydınları olan bir ailədə yetişdi.

Babası paşa idi, atası həkim, anası isə Əbdülməcidin işlərini idarə edən Kamil bəyin qızı idi.

Ona Hatice Suat adını verdilər. 

Suat xoşbəxt mənasını verirdi, amma kişi adı idi. 

Çünki ailənin ilk uşağı qız idi, ikincisinin oğlan uşağı olmasını gözləyirdilər, ona görə də Suat adını vermişdilər, ikinci uşaq da qız olunca Suatın yanına Haticeni əlavə etdilər, Suat qaldı. 

Onu ailədə hamı Suat adıyla çağırsa da, məmurları yola gətirə bilmədilər, oğlan adı olduğu üçüb vəsiqəsinə qeyd olunmadı, Hatice Saadet olaraq yazıldı. 

Yaz aylarında Çamlıcada, qışda isə Modada azad bir qız olaraq böyüdü.

İmkanıı ailəsi sayəsində evdə xüsusi müəllimlərdən dərs aldı. 

Fransızca, almancanı öyrəndi.

Riyaziyyat, musiqi, fəlsəfə dərsləri aldı. 

Kitab qurdu idi, oxuma bağlılığı zamanla yazıya çevrildi, şeirlər, hekayələr qələmə almağa başladı. 

Nazım Hikmət hən qonşuları, həm uşaqlıq dostu idi, Suatın təhkiyə tərzini çox bəyənir, onu ürəkləndirmək istəyirdi, hələ 16 yaçında ikən yazdığı "Hezeyan" adlı şeirini Suata xəbər vermədən masasından götürüb "Alemdar" qəzetində çap etdirdi. 

Atasının yazı maşınına qapanıb qaldı, gecə-gündüz yazır, şeirlərini, hekayələrini qoltuğuna vurub "Alemdar" qəzetinin səhifələrində çap olunmağına çalışırdı. O, bundan həzz alırdı.

1921-ci ildə ilk romanı olan "Kara kitap" çap olundu, ədəbiyyat dünyasına səs saldı, hissləri oxucuya aydım, təmiz çatdırmaq bacarığı çox təsirli idi. 

Sonra Suat qəzetçiliyə başladı. "Alemdar" qəzeti üçün müsahibələr almağa başladı, dil biliyi əla olduğu üçün Lozan konfransı ilə maraqlandı, xaricə göndərilən ilk türk qadın qəzetçisi kimi tarixə düşdü. 

Ard-arda romanlar yazarkən "Alemdar"dan ayrıldı, "İkdam" qəzetinfə işə başlafı, qadın səhifəsini tərtib etdi, qadın problemləri və dünyadakı qadın haqları mövzusunda maarifləndirici, cəsarətləndirən xəbərlər hazırladı. 

Qələminin kəskinliyi ilə yanaşı gözəlliyi də dillərdə dastan idi. Mavi gözlü, ətrafına işıq saçan qadın idi, kişilər ətrafında pərvanəyə dönürdülər. 

Onlardan biri də Nazım Hikmət idi. 

Suatdan ötrü dəli olurdu, amma sevgisinə qarşılıq görmürdü. 

Oturdu, azad ruhlu Suat üçün "Göldesi" adlı şeirini yazdı. 

Ağlasa da gizlədir gözlərinin yaşını,
Bir dəfə əyə bilmədim bu qadının başını,
Neçə dəfə sürüklədi qürurumu ölümə,
Fırtınalar yaradan mənim coşqun könlümə,
Ya bu qadın dəlidir, ya mən dəli olmuşam,
Heç olmasa hirsimi belə alaram dedim,
Yolda məğrur uzanan kölgəsini çeynədim.

Nazım Hikmətin özü üçün çarəsizcəsinə şeir yazması Suatın qürurunu bəsləməyindən başqa bir məna daşımırdı. İrəlidə gülümsəyərək "istəyib əldə edə bilmədiyi tək qadın mən idim" danışacağı bir şey idi. 

Onun sevəcəyi adamın xüsusiyyətləri fərqli idi. 

Amma ruh əkizini tapmadı çox da asan olmadı. 

Üç dəfə ailə həyatı qurdu, üç dəfə boşandı. 

Hamısı da çox qısa müddət çəkdi. 

Xoşbəxt olmadı. 

Berlinə getdi, konservatoriya təhsili almağa başladı, Berlin Umiversitetininin ədəbiyyat fakültəsinə qəbul oldu, roman yazmağa davam etdi. 

Yağ-bal içində doğulmuşdu, amma ən çətin günlər qarşıda idi. Osmanlının dağılması ilə bərabər mal-mülk satılmış, əldə-ovucda nə varsa, yox olmuşdu, çətinə düşmüşdülər, o ərəfədə atası xərçəngə tutuldu, müalicə üçün qızının yanına Berlinə gəldi, orada vəfat etfi, Berlindəki müsəlman məzarlığında dəfn olhndu. 

Suat anasıyla birlikdə Türkiyəyə qayıtdı, bundan sonra həm özünün dolanışığını təmin etmək, həm də anasına baxmaq məcburiyyətində idi.  "Son Posta", "Resimli Ay", "Tan" kimi solçu qəzetlərdə işləməyə başladı. "Tan"da ikən SSRİ-yə getdi, qayıdanda qələmə aldığı yazıya görə ona "kommunist" damğası vuruldu.

Bu səbəbdən də artıq qəzetlər onu işə götürmürdü. 

Mətbəələr hökümətin reaksiyasından qorxur, romanlarını çap etmirdi. 

"Yeni ədəbiyyat" dərgisində iş tapdı, o dərginin damı altında Sabahattin Ali, Abidin Dino, Orhan Kemal, Atilla İlhanla birlikdə işlədi.

Reşat Fuatla orada tanış oldu. 

Mustafa Kemalın xalası oğlu idi. 

Anası Zübeyde xanımın bacısı idi. Berlində kimya mühəndisi olmuş, sonra Moskvaya gedərək Lenin Akademiyasında oxumuşdu, Türkiyə Komunist Partiyası baş katibi idi, qadağalı idilər, yeraltı fəaliyyət göstərirdilər, "Yeni ədəbiyyat" dərgisində ayrı təxəllüslə yazılar yazırdı. 

Polis bölməsində işgəncə gördüyü anlarda belə Mustafa Kemalın qohumu olduğunu dilə gətirmirdi, idealist idi, əsla yardıç istəmirdi. 

Suat nəhahət ki axtardığı sevgisini tapmışdı. 

Bir ilə qədər dostluq etdilər, evləndilər. 

Bir il sonra saxlanıldılar. 

Suat hamilə idi, uşağı tələf oldu.

Bir daha uşaq dünyaya gətirə bilməyəcəkdi. 

Axtarılan həyat yoldaşını gizlətməkdə təqsirli bilinərək doqquz ay azadlıqdan məhrum edildi, yatdı, çıxdı.

Reşata 7 il iş vermişdilər. 

Suatın dolanışığını təmin etmək üçün çarəsi yenə də qələmi idi. 

"Fosforlu Cevriyye"ni o ərəfədə yazdı. 

Bir küçə qadınının yaşadıqlarının fonunda İstanbulun küçələrinə düşürülər talehsiz həyatları nəql edirdi, öz qanunları ilə, jarqon ifadələri iıə, səfalətiıə, tragedik gedişatlarıyla, toplumun üzünə oturan "sosial gerçəklik" şilləsi kimi idi. 

Hələ körpə ikən anasını, atasını itirən uşaq yaşlarının sahibsizliyi ilə küçələrə düşən və kirli bir həyat sürmək məcburiyyətində qalan Cevriyye namus qavramının paça arasında deyil, insanın ruhunda yatdığını düşünən cəsur, ağzı pozuq, amma əslində təmizürəkli, gözəllər gözəli qadındır. Bir gecə xəstələnir, qızdırma içində yanarkən körpü altında bir qayığın içinə sığınır və halsızlıqdan ürəyi gedir. 

Sirli bir adam Cevriyye o halda ikən təsadüfən onu tapır, qucağına alıb evə aparır, şorba bişirir, dərman verir, yaxşılaşana qədər baxır, mərhəmət, insanlıq göstərir. 

Qayıqdan təkgözlü evin pərdələri bağlıdır, təkbaşına yaşayan sirıi adam gecələr səssizcə gedir, səssizcə gəlir. Cevriyyə qaranlıq adamlara öyrəncəlidir, amma beləsini ilk dəfədir görür, həddən-ziyadə kübardır, "sən" belə deməz, "siz" deyə xitab edər. Cevriyyenin nə iş gördüyünü bildiyi halda ən xırda çirkin bir niyyətfə olmaz, xanım əfəndi olaraq davranar. Masasının üstü kitablarla, sənəd-sünədlərlə doludur, qeydlər aparır, evdən gedərkən o qeydləri özü ilə aparır, yüksək təhsilli biridir, açça kimdir, əsla söyləməz. Cevriyyənin suallarına cavab verməz, hətta adını belə deməz.

Cevriyye bu sirli adama aşiq olur. 

Sağaldıqdan sonra evdən ayrılmaq istəməz, "yenə qala bilərəm?" deyə soruşar, sirli adam "niyə, nə gərək var?" deyə cavab verət. 

Buna rəğmən Cevriyye evə gəlib getməyə davam edət, adamı görmədən günü keçməz. Və bir gün narkotiklə şərləyib Cevriyyeni içəri atarlar, aradan xeyli zaman ötər, azadlığa çıxar, qaça-qaça evə gələr və sirli adamın artıq orada yaşamadığını görər. 

Evdə Kerim adlı biri var, adamın dostudut, həyəcanla sənədləri, kitabları yığarkən tapar. Məgər li sirli adamı da tutublat. Evindəki sənədlər dövlətin əlinə keçərsə, sirli adamın edamı qaçılmazdır. Cevriyyenin ürəyinə od düşər, dəridən-qabıqdan çıxmalıdır ki, aşiq olduğu adamı xilas eləsin. 

Kerimlə birlikdə sənədləri qayığa yükləyib dənizə atmaq istəyərkən polis onları yaxalayar, Cevriyye dəlicəsinə kürək çəkib uzaqlaşmağa çalışarkən fənər işıqları düşər gözlərinə, qayıq devrilər, Cevriyye dənizə düşərkən başı qayaya dəyər, ürəyi gedət, ağır-ağır suyun dərinliklərinə qərq olar. 

Fosforlu Cevriyyenin adını belə söyləməyən o sirli adamı əslində... Mustafa Kemalın xalası oğlu Zübeydə xanımın bacısı oğlu, Suatın yoldaşı Reşat Fuatın özü idi. 

Çünki 1940-cı ildə polisin axtarışında olan Reşat Fuat Topxanayla Kuledibi arasında bir gecəqonduda gizlənirdi. O ərəfədə həqiqətən özündən getmiş bir küçə qadını tapmışdı, qadın xəstə idi, qızdırma içindı idi, onu gizləndiyi evinə aparıb sağalana qədər baxmışdı, məcburən ehtiyat üçün suallarına cavab verməmişdi, 

Qadın yaxşılaşdıqdan sonra evə gəlib-getməyə davam edincə kim olduğumun ortaya çıxmasından qorxmuş və ünvanını dəyişdirmişdi, o evdən köçmüşdü. 

Və bütün bu yaşadıqlarını Suata danışmışdı. Suat da "Fosforlu Cevriyye"ni bu yaşanmış hadisə üzərinə oturdub arxasını öz möhtəşəm təxəyyülü ilə ilmə-ilmə hörmüşdü. 

1950-ci ildə Demokrat Partiyası iqtidara gəldi, əfv qərarı verildi. 

Reşat azadlığa çıxdı. 

1951-ci ildə yenə həbs olundu. 

Suatın artıq taqəti, gücü qalmamışdı. Parisə bacısının yanına getdi, 12 il, yəni 1963-cü ilə qədər orada qaldı. 1963-cü ildə Reşatı buraxdılar. Suat yurda geri döndü. 

Nəhayət əzab sona çatdı deyə düşünürdülər, amma sadəcə 5 il hüzur içində yaşaya bildilər, Reşat ürək infaktı keçirtdi, vəfat etdi. 

Suat yazmağa davam etdi, roman dalınca roman yazdı. 

"Kommunist" damğası yediyi üçün "Vətən xaini" kimi davrandılar ona qarşı. Türk ədəviyyatının ən önəmli qələmlərindın olmasına rəğmən media cameəsində təhlükəli olaraq qəbul edildi, embarqoya məruz qaldı. 

Amma Fosforli Cevriyye bu embarqonu yıxıb keçdi. 

1959-da filmi çəkildi, Neriman Köksal canlandırdı. 

1969-da yenidən çəkildi, Türkan Şoray oynadı. 

1972-də teatra tamaşaya qoyuldu, Gülriz Sururi səhnəyə çıxdı .

Suatı görməzdən gəldilər, amma Fosforlu Cevriyye həm türk ədəbiyyatında, filmində, teatrında əfsanə oldu.

Varlı bir ailənin qızı olaraq bir əli yağda, bir əli balda dünyaya gələn Suat yoxsulları müdafiə etdiyi üçün, bərabərlik hayqıran baxışları ucbatından həyatı boyu "günahkar" kimi davranış gördü, ömrünün son çağlarında müəllif hüquqlarından aldığı xırda-xuruş pulla dolandı, yaşadı. 

Dirəndi. 

Öz fikrindən, baxışından əl çəkmədi. 

Təhdidlərə dözdü, uduzmadı. 

Pula, paraya əsla təslim olmadı. 

Qürurunu həmişə ucada tutdu. 

Şişlidə kirayə pulunu zorla ödədiyi balaca bir evdə qalırdı, bir vaxtlar əri Reşatı necə gizlətmişdisə, inqilabçı gəncləri də eləcə gizlədir, qoruyurdu. Evində qalan gənclərdən biri də Deniz Gezmiş idi. 

Sağlamlığı yerində deyildi, gözləri zəifləmişdi, amma yenə də yazmağa davam edirdi. 

"Kara Kitap", "Ne Bir Ses Ne Bir Nefes", "Hiçbiri", "Ahmet Ferdi", "Behire'nin Talipleri", "Fatma'nın Günahı", "Ben Mi", "Buhran Gecesi", "Gönül Gibi", "Emine", "Hiç", "Çılgın Gibi", "Yalının Gölgesi", "Ankara Mahpusu", "Fosforlu Cevriyye" kimi müdhiş əsərlər yazdı.

1972-ci ildə vəfat edi, Feriköy məzarlığında, Reşat Fuatın yanında torpağa tapşırıldı. 

Kişi adı daşıyan, tabuları yıxan, cəsur bir qadın idi. 

Yox sayılmağa çalışdılar, amma daima var olmağı bacaran bir qadın idi. 

Qaralandıqca parıldayan bir qadın.

Yılmaz Özdil,
Dilimizə uyğunlaşdıran Eminquey,
"Ədalət" qəzeti

TƏQVİM / ARXİV