Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - VİDEO
Əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat kompensasiya ödənilirdisə, hazırda bəzi layihələr üzrə bu məbləğ 2700 manata qədər yüksəlib.
Bakının 2040-cı ilədək Baş planına uyğun həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işləri aparılır. Söküntü aparılan zaman vətəndaşlara ödənilən kompensasiyanın məbləğı bəzi ərazilər və layihələr üzrə 2700 manata qədər yüksəlib.
Bəs bu artım hansı ərazilərdə müşahidə olunur? Yaxud, digər ərazilər üzrə də kompensasiya məbləğinə yenidən baxılmasına ehtiyac varmı?
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olar. Vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər.
Vüqar Orucun sözlərinə görə, təcrübədə görülüb ki, kompensasiya məbləğı söküntüdən 6 ay -1 il əvvəl müyyən edilib. Bazar isə dinamik olduğundan vətəndaş ayrılan məbləğə artırılmış qiymətlərlə mənzil almaqda çətinlik çəkir. Yəni aldığı ödəniş yeni mənzil üçün kifayət etmir. Ona görə də öncə kompensasiya məbləğı qiymətləndirici tərəfindən müayyən olunmalı, sonra digər proseslərə start verilməlidir.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

