Azərbaycanın dövlət büdcəsinin gəlirləri açıqlandı - RƏQƏMLƏR
2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1.6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 534,0 milyon manat təşkil edərək proqnozdan 10,0 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 350,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.
Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 852,7 milyon manat proqnoza qarşı 13 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96.6 faiz təşkil edir.
2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 865,3 milyon manat, xərcləri isə 15 611,5 milyon manat məbləğində icra edilib.
Digər Xəbərlər
25 Iyul 2026 17:47
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
25 Iyul 2026 09:53
Azərbaycan nefti ucuzlaşdı
24 Iyul 2026 09:44
“Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir”
23 Iyul 2026 17:12
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
23 Iyul 2026 11:21
“Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı...”
23 Iyul 2026 09:52
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39


Bakı -°C

