Uşaqların psixologiyasını istismar etməyə haqqınız yoxdur - Deputat
“Sosial şəbəkələrdə fərdi hesab açılması üçün minimum yaş həddinin 16 müəyyənləşdirilməsi təklif edilir”.
Adalet.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında komitə sədri Zahid Oruc uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş qanun layihəsinin əsas müddəalarından danışıb.
O bildirib ki, layihənin əsas məqsədi uşaqların zərərli məzmunlardan, kibertəhdidlərdən və rəqəmsal asılılıq risklərindən qorunmasıdır. Deputatın sözlərinə görə, bu məqsədlə sosial media platformalarında fərdi hesab açılması üçün yaş həddinin 16 yaşdan müəyyənləşdirilməsi təklif olunur.
Zahid Oruc qeyd edib ki, dövlət uşaqların hüquqlarını qorumaq məqsədilə siqaret, alkoqol, psixotrop maddələr və digər zərərli vasitələrlə bağlı yaş məhdudiyyətləri tətbiq etdiyi kimi, rəqəmsal mühitdə də təhlükəsizlik tədbirlərini gücləndirməlidir.
Komitə sədri vurğulayıb ki, layihədə platformalar üçün yaşın doğrulanması mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, bank kartı, mobil nömrə və elektron poçt əsasında yaşın təsdiqlənməsi üsullarının tətbiqi ilə uşaqların təhlükəsizliyi daha etibarlı şəkildə təmin edilə bilər.
Deputat əlavə edib ki, 16 yaşadək yeniyetmələrin sosial media platformalarından istifadəsi yalnız valideyn və ya qanuni nümayəndənin açıq razılığı əsasında mümkün ola bilər. O bildirib ki, məqsəd sosial şəbəkələri qadağan etmək deyil, uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.
Digər Xəbərlər
28 Iyul 2026 13:05
Putin və İlham Əliyev telefonla danışdı - YENİLƏNİB
28 Iyul 2026 11:49
"Buna son qoyulmalıdır" - Azərbaycan XİN-dən Zaxarovaya cavab
28 Iyul 2026 11:20
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
28 Iyul 2026 10:59
Tramp A. Hamadehin Azərbaycan yazısını paylaşdı
28 Iyul 2026 09:59
“İran Rusiyaya dronları dəniz vasitəsilə göndərib”
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23


Bakı -°C

