Hörmüzü təmizləmək üçün Trampdan icazə alacaqlar
ABŞ-nin Avropadakı müttəfiqləri yaxınlaşmaqda olan “G7” sammiti çərçivəsində Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına ABŞ Prezidenti Donald Trampın rəsmi razılığını almağı planlaşdırırlar.
Adalet.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, İsveçrə sərhədində yerləşən Evian şəhərində keçiriləcək sammitdə Avropa liderlərinin Yaxın Şərq üzrə əsas gündəm mövzularından biri məhz Trampdan bu icazəni qoparmaqdır.
Mənbələr qeyd edir ki, Avropa dövlətləri boğazın minalardan təmizlənməsi prosesinə başlamaqla Tramp administrasiyasına öz hərbi və siyasi dəstəklərini nümayiş etdirmək niyyətindədirlər. Lakin rəsmi Vaşinqtonun bu məsələyə necə reaksiya verəcəyi hələlik qeyri-müəyyən olaraq qalır. Avropa İttifaqı (Aİ) rəsmiləri iddia edirlər ki, ABŞ ordusunun minalardan təmizləmə potensialının hazırkı məhdud imkanları fonunda Avropanın verəcəyi hərbi-texniki dəstək bölgədə kritik əhəmiyyət kəsb edə bilər.
“Bloomberg” xüsusilə vurğulayır ki, Böyük Britaniya və Fransa sözügedən minatəmizləmə əməliyyatının detallarını birbaşa İran tərəfi ilə müzakirə etməyə tam hazırdırlar.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Diplomatik Xidməti icmanın Qırmızı dənizdə fəaliyyət göstərən “Aspides” hərbi-dəniz missiyasının mandatını genişləndirərək, onu Hörmüz boğazının təmizlənməsi prosesində əsas icraçı qüvvəyə çevirməyi təklif etmişdi.
Digər Xəbərlər
17 Iyul 2026 11:51
Son zərbələrdə 38 iranlı həlak olub
17 Iyul 2026 11:17
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
17 Iyul 2026 09:36
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
17 Iyul 2026 09:33
“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
17 Iyul 2026 09:21
İran ABŞ komandanlıq mərkəzinə zərbə endirib - Ölənlər var
16 Iyul 2026 21:42
İspaniya Baş nazirinin xanımı hakim qarşısına çıxacaq
16 Iyul 2026 21:28
Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
16 Iyul 2026 14:12


Bakı -°C

