adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2026 19:45
72
HADİSƏ
A- A+

30 yaşlı kişini at belində ildırım vurdu - Azərbaycanda

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.