adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2026 19:35
77
HADİSƏ
A- A+

Göygöldə torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı

Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub.

Adalet.az-ın məlumatına görə, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.