Əməkdar artist: “Ona görə bütün işlərimdən imtina etdim”
Əməkdar artist Firdovsi Atakişiyev həyat yoldaşı Xalq artisti İranə Tağızadənin xəstəliyindən danışıb.
Adalet.az bildirir ki, F.Atakişiyev həyat yoldaşının sağalmaz xəstəliklə mübarizə apardığını söyləyib:
“İranənin ölüm səbəbi ürəyinin dayanması idi. Ancaq bu prosses bir fərqli baş verdi. Onun beyin neyronları qocaldı. Yəni bu xəstəlik nadir xəstəlikdir. Təxminən 6 ay mübarizə apardı, ancaq sağalması mümkün olmadı. Ona özüm qulluq edirdim. Hətta bütün çəkilişlərimdən ona görə imtina etdim. Türkiyədən gələn iş birliyinə də ona görə yox dedim. Əsla buna görə peşman deyiləm. İranə sənət adamı kimi də, həyat yoldaşı kimi də mükəmməl qadın idi”.


Bakı -°C

