adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Yanvar 2021 13:29
57685
DÜNYA
A- A+

İran yanlış siyasətini dəyişmək istəyir  

Yanvarın 24-də İranın Xarici İşlər naziri Cavad Zərifin  ölkəmizə rəsmi səfərə gəlişi Azərbaycan ictimaiyyətində çox müzakirə edilən mövzulardan biri oldu.Təbii ki, yaxın keçmişə baxanda qonşu ölkənin gəlişi birmənalı qarşılanmadı və Zərifin hava limanında jurnalistlərə açıqlamasında “qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə etməsini”, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini də səmimi qəbul etmədi. Ağıllardakı “niyə gəlib” sualını da C.Zərif belə açıqladı: “Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

İran XİN rəhbəri   azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və  azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Qarabağı talan edən İran şirkətləri

 Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini ötən 29- il ərzində qəddarlıqla istismar edərkən, burda yüzlərlə İran şirkəti fəaliyyət göstərirdi.

Bankda olan qeydiyyatlara görə, bunlar "Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar”(Seyid Nur Eyni), "Şərifli” (Rza Şərifi), "Süleymani” (İzzət Süleymanpur), "Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), "Aftab” (Əzimi Əhmədpur), "Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti” (Rza Nüsrəti), "Pəyan-e Saderat” (Davud Cokar), "Vasif” (Məhəmməd Cəfərpur Vasif), "Firuznejat” (Əhməd Firuznejat), "Nəcəfzadə” (Nəcəfzadə), "Kaimifa” (Əbülfəz Mətləbzadə), "Turac” (Məhəmmədhüseyin Yusifzadə), "Armen” (Əli Qüdrəti), "Ava” (Vahik Ohancanyan), "Kraun” (Hamu Davudi), "Şölə” (Seyidəli Hüseyni), "Suas” (Hüseyn Şadi), "AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), "Nahid” (Möhsüm Fərşbaf), "Səba Saha” (Rza Nafəzi), "Petrocəm” (Cəlil Heydəri), "Derəxşan” (İsmayıl İbrahimi), "Şahsuvari” (Rza Şahsuvari), "İzorof” (Təhmuraz İmani), "Rizşin” (Əli Əzhəri), "Elivoud” (Hüseyn Şeybani), "Tirkaran” (Məhəmməd Ənsari), "Mələki” (Hüseyn Mələki), "Luba” (Əli Azad Əfruz), "Nardino” (Siyamək Boləndi), "Kultrom” (Səda Allahverdiyan), "Şadan” (Şəhruz Hüseyni), "Sunesar” (Nasir Ətayi), "Suzan” (Behruz Caznəgu), "Növcavan qardaşları” (Cavad Növcavan), "Tatyo” (Arlen Davudyan), "Şahinans” (Vahik Şahinans), "Roberto” (Rubik Minasyan), "Arbi” (Varuj Ayvazyan), "Şahbaz” (Məhəmmədrza Baqeri), "Kyudot” (Rəhim Ali), "Ambret” (Pərviz Nüsrəti), "Bir” (Hadi Purradi Gərgəri), "Kondal” (Əsğər Fədai), "Aypeks Nur” (Əfşin Nəsiri), "Miyad” (Yunes Rezayi Əqdəm), "Paknam” (İsa İmami), "Marlik” (Əli Nəsirli Livarcani), "Şahab Səhənd” (Cavad Rəhimi Namdar), "Ərcümənd” (Əlirza Ərcümənd), "Livarcan” (Möhsün Cənabiyye), "Silis Şen” (Seyid Əbülfəz Səlili), "Minamesa” (Məhəmməd Eslami), "Nadir” (Nadir Kərimiyan Siyahrud), "Rand” (Rəhman Behruzi), "Trakliyan” (Həmid Xorrəmi), "Didar” (Əlirza Həlimi Təbrizi), "General Oil” (İbrahim Dadaşi Fərxəndi), "Aştarak” (Məhəmməd Əli Əsğəri), "Necati” (Yusif Necati), "Alişan” (Serjik), "Hadi” (Rza Hadi), "Zakeri” (Mənuçehr Zakeri), "Apada” (Əlirza Firuzməndi), "Olaks” (Yusif Çaleş), "Alfapetrolium” (Harut Aslanyan), "Sanir” (Katuziyan), "Biga” (Jerj Qədimi), "Arm Oil” (Hernik Darqukasyan), "Motoşop” (Rafiq Qarqusyan), "Raymond” (Raymond Tarverdiyan), "Harmik motor” (Harmin Manaseryan), "Şin Ezgim” (Əmir Əzhəri), "Əndişeyi İraniyan” (Əli Əlicanduxt), "Tun tun” (Serj Əmirxanyan), "Zöhrabyan” (Zöhrabyan qardaşları) və "Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. 

 Hətta İranın "Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edildikdən sonra “fars məscidi” adlandırılıb.

Farslardan ermənilərə nəfəslik - Araz cayı üzərindəki körpülər...

Çoxlarının yadındadır: İranın Araz çayı üzərində Xudafərin körpüsü yanında Xudafərin su anbarı tikməsi təklifi o zamanlar mərhum Prezident Heydər Əliyev tərəfindən qəzəblə qarşılanmış və o, İran nümayəndə heyəti ilə keçirilən görüşü ictimaiyyətin gözü qarşısında tərk etmişdir. Sonralar İran buna baxmayaraq su anbarı tikmiş və nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir çox kəndləri və onların əraziləri su altında qalmışdır. Və həmən kəndlərin sakinlərinin dədə- baba yurdları və qəbristanlıqları da su altında qalmışdır.  Ötən il mövzu ictimaiyyətə sızdıqdan sonra konfliktoloq Elxan Mehdiyevin fikirləri diqqətimizi çəkdi:”Biz İran ilə ermənilərin işğal edilmiş ərazilərdə nəyi bölüşdüklərini və nə haqda sövdələşdiklərini sona qədər bilmirik. Bu körpülər heç də İran mal- qara və qoyunlarının otlaması və qışlağı üçün keçid kimi nəzərdə tutulmamışdır. Ortada əlbəttə hərbi-strateji məsələlər durur. Və beş körpünün tikilməsi də ilk növbədə hərbi məqsədlərə xidmət edir və Azərbaycanın hər hansı hərbi əməliyyat cəhdi olursa, İran qüvvələrinin erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olaraq yeridilməsinə xidmət edir. Biz indiki zamanda həmin cənub bölgələrində İran hərbi qüvvələrinin olduğunu da dəqiq bilmirik. Amma hərbi qüvvələrin su anbarının mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi də tamamilə məntiqlidir və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin olması bu arqumentin sübutuna da xidmət edən amildir”.

Azərbaycanın ağır günlərində onun düşməni ilə  bir səngərdə yer almış, öz din qardaşlarının işğal altındakı torpaqlarının yağmalanmasında yaxından iştirak etmiş  qonşu ölkənin indi onunla sıx əməkdaşlığa can atması cəmiyyətimizdə haqlı olaraq birmənalı qarşılanmır.  Hər halda ümid edək ki, bundan sonra İran Azərbaycanla bağlı siyasətinə ciddi korrektələr edəcək, ideoloji ritorikadan əl çəkərək sırf iqtisadi maraqlara və mehriban qonşuluq siyasətinə əsaslanan münasibətlərin qurulmasına çalışacaq.

 

Əntiqə Rəşid