ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə silsilə görüşlərə başlayıb.
Görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.
Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşlərdə Araz Paşayev üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.
Tədbirlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilat olmaqla 148 üzv təşkilatı özündə birləşdirir.
Digər Xəbərlər
29 Oktyabr 2025 16:55 Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin etdi
29 Oktyabr 2025 16:50 Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə ÇAĞIRIŞ
29 Oktyabr 2025 16:47 Bu xanım aparat rəhbəri təyin olundu
29 Oktyabr 2025 16:19 Səhiyyə naziri ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə üzv seçildi - FOTO
29 Oktyabr 2025 15:33 “Sovetski”də tarixi binalar sökülür? - RƏSMİ CAVAB
29 Oktyabr 2025 15:28 Elton Məmmədov 3 milyonluq yeyintini boynuna almır
29 Oktyabr 2025 14:48 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
29 Oktyabr 2025 14:23 

Bakı -°C 














