Prezident daha bir qəbul keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.
Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.
Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulandı.
Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirdi.
Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini dedi.
Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu.
Digər Xəbərlər
29 Oktyabr 2025 20:18 Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşdü
29 Oktyabr 2025 20:13 Ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlığın şahidiyik - Səfir
29 Oktyabr 2025 19:16 İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul etdi - FOTOLAR
29 Oktyabr 2025 18:21 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu
29 Oktyabr 2025 17:05 QARABAĞDAN AZAN SƏSİNİ KƏSMƏK İSTƏYƏNLƏRİN ARZUSU GÖZLƏRİNDƏ QALDI
29 Oktyabr 2025 12:41 Milli Məclisdə beynəlxalq parlament konfransı keçirildi - YENİLƏNİB
29 Oktyabr 2025 12:07 "Qarabağ qələbəsi Türk dünyası üçün böyük qürur mənbəyidir" - Hasan Turan
29 Oktyabr 2025 11:56 

Bakı -°C 









