Simonyan Azərbaycanla sülh prosesindən danışdı

Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar sessiyasında Ermənistan parlamentininin sədri Alen Simonyan Ermənistanla Azərbaycan arasında sülh prosesi, Vaşinqtonda imzalanmış bəyannamə, eləcə də regional əməkdaşlıq üçün yeni təşəbbüslərdən danışıb.
Adalet.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Spiker qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində nəzərəçarpacaq irəliləyişlər var: "Bunu Ermənistan və Azərbaycan liderlərinin 2025-ci il avqustun 8-də ABŞ prezidentinin iştirakı ilə Vaşinqtonda imzaladığı birgə bəyannamə sübut edir. Həmin gün iki ölkənin xarici işlər nazirləri də Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətnini paraflayıblar.
Bəyannamənin qəbulu və sülh sazişinin paraflanması artıq sülhün bərqərar olmasından xəbər verir. Buna baxmayaraq, bir sıra humanitar məsələlər hələ də həll olunmamış qalır".
O vurğulayıb ki, Vaşinqtonda keçirilən görüşün nəticəsi olaraq Ermənistan Trampın Beynəlxalq Sülh və Rifah yolu (TRIPP) təşəbbüsünün həyata keçirilməsi istiqamətində ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlığı davam etdirəcək: "TRIPP layihəsi Ermənistanın özünün elan etdiyi "Sülhün kəsişməsi" proqramı vasitəsilə problemsiz regional rabitəni təmin etmək fikrindən irəli gəlir. O, həm dəmir yolunun inkişafını, həm də Ermənistan, Azərbaycan və qonşu ölkələr arasında magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və rabitə kabellərinin çəkilməsi perspektivini nəzərdə tutur".
Digər Xəbərlər
29 Oktyabr 2025 16:49 Putin uzunömürlülüyün sirrini açdı - "Balıq yeyin"
29 Oktyabr 2025 16:17 Aİ müharibəyə hazırlaşır
29 Oktyabr 2025 12:15 "Firavan Türkiyəni birlikdə quracağıq" - Ərdoğan
29 Oktyabr 2025 11:22 “Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə...”
29 Oktyabr 2025 10:57 “İsrailin Yaxın Şərqdəki aqressiyasının əsl səbəbkarı İran rejimidir”
29 Oktyabr 2025 10:50 Türkiyədə 6 mərtəbəli bina çökdü - Dağıntılar altında qalan var
29 Oktyabr 2025 10:45 "Putin Bakı-İrəvan sülhünə heyranlığını bildirdi" - Tramp
29 Oktyabr 2025 09:31 

Bakı -°C 






