İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard manat təşkil edib.
Bu barədə Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin sentyabrın ayının 1-i ilə müqayisədə 221,7 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə 122,6 milyon manat və ya 1,5% çoxdur.
Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 8,134 milyard manat idi.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.
Digər Xəbərlər
29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
28 Oktyabr 2025 16:54 Prezident “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub - FOTOLAR
28 Oktyabr 2025 16:19 "Ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır"
28 Oktyabr 2025 11:32 “Yüksək vergilər iqtisadi fəallığı azaldır...”
28 Oktyabr 2025 11:19 Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
27 Oktyabr 2025 09:40 2026-cı ildə pensiya kapitalı artırılacaq
27 Oktyabr 2025 08:46 Azərbaycan Rusiyadan Ermənistana tranzitə icazə verdi
25 Oktyabr 2025 11:31 

Bakı -°C 






