Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində

Həm yaxın dostum, həm də daim yaradıcılığını və yaradıcılığındakı yenilikləri böyük maraqla izlədiyim istedadlı bir insan kimi Zəka Vilayətoğlunu yazıçı, şair, müğənni və bəstəkar olaraq yaxşı tanıyır, heyranlıqla təqdir edirdim. Amma etiraf etməliyəm ki, onun istedadlı bir aktyor olduğunu heç ağlıma gətirməzdim. Eşidəndə ki, Zəka Vilayətoğlu “Şah ölüm” adlı film çəkir, bu xəbəri içimdə bir az təbəssümlə qarşıladım.
Axı film çəkmək — həm də tarixi-bədii-sənədli janrda — elə də asan məsələ deyil. Bunun hansı zəhmət və hansı büdcə hesabına ərsəyə gəldiyini hər bir tamaşaçı təxmin edə bilər.
Sosial şəbəkələrdə həmin filmdən bir neçə kadr izləsəm də, dostumun bu yeni işinə əvvəlcə bir qədər şübhə ilə yanaşırdım. Nəhayət, film çəkilib başa çatdı, montaj uğurla tamamlandı. Təəssüf ki, kinoteatrlarda izləmək imkanım olmadı.
Filmi YouTube üzərindən seyr etdim və o zaman Zəka Vilayətoğlunun öncə bir vətənpərvər övlad, daha sonra isə bir ssenarist və aktyor kimi necə böyük, şərəfli bir işə imza atdığının canlı şahidi oldum.
Desəm ki, dostumun uğuruna az sevindim — inanın, bu, düzgün olmaz. Zəka Vilayətoğlunun Məcid ağa obrazını böyük ustalıqla, inamla, səmimiyyət və fədakarlıqla canlandırdığını izlədikcə həyəcanlandım.
Sanki dostumun ürəyinin fərəhli döyüntülərini ekrandan hiss edirdim. Bir daha böyük qürur hissi ilə düşündüm: “Mən nə yaxşı ki, belə bir böyük şəxsiyyətlə dostam!”
Mən Zəkanı əzəmətli, uca bir dağ kimi görürəm. Ona çox yaxın olduqda bəlkə də bu nəhəngliyi hiss etmirik. Amma bir az uzaqdan baxdıqca bu əzəmət daha aydın görünür, daha dərindən duyulur.
Bir həqiqəti də yaxşı bilirəm: Zəka Vilayətoğlu təmənnasız insandır. Onun səmimi yaradıcılığı, öz ürəyinin dumduru duyğularından süzülüb gələn əsərləri, ruhumuzu və könlümüzü qidalandırır. Dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Zəka Vilayətoğlu – xalqımızın canlı əfsanəsidir!
Oruc Quliyev
Digər Xəbərlər
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 “Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu - FOTOLAR
21 Oktyabr 2025 16:33 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
21 Oktyabr 2025 09:56 Qaranlığın qənimi Zemfira Məhərrəmli
21 Oktyabr 2025 09:52 

Bakı -°C 






