29 Oktyabr 2025 10:50
83
DÜNYA

Türkiyədə 6 mərtəbəli bina çökdü - Dağıntılar altında qalan var

Türkiyədə 6 mərtəbəli bina məlum olmayan səbəbdən çöküb. 

Adalet.az xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda qeydə alınıb. 

Məlumata görə, binada 7 nəfərdən ibarət iki ailə yaşayırmış. Onların səhhətləri ilə bağlı məlumat yoxdur. Hadisə yerinə xilasetmə qrupları göndərilib və xilasetmə əməliyyatına başlanılıb.