“Təhsilsiz qızlar daha yüksək erkən nikah riski daşıyırlar”

Xəbər verdiyimiz kimi, qadağalar olmasına baxmayaraq son günlər bir neçə bölgəmizdə erkən nikahın qarşısı alınıb. Buna görə məsuliyyət daşıdıqlarını bilən valideynlər yenə də gizli şəkildə yetkinlik yaşına çatmayan qızlarını ərə verməyə cəhd edirlər.
Məsələylə bağlı Adalet.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, erkən nikah təkcə müasir dövrün yox, tarix boyu patriarxal cəmiyyətlərin qadına münasibətinin bir götəricisidir.
Onun sözlərinə görə, müxtəlif dövrlərdə, xüsusilə kənd və ənənəvi icmalarda qızların erkən yaşda ərə verilməsi “qorunma”, “şərəfin təminatı” və ya “ictimai nəzarət kimi” təqdim olunub:
“Azərbaycanda və ümumilikdə Qafqaz regionunda 19-cu əsrdə qızların 12-15 yaşlarında nikaha daxil edilməsi geniş yayılmışdı. Bu təcrübə, Sovet dövründə qanunvericiliklə məhdudlaşdırılsa da, kültür yaddaşında və sosial praktikada öz yerini qoruyub saxlayıb. Ənənəvi mədəni dəyərlərdə qız uşağının ailənin izzət və şərəf simvolu sayılması, onun tez ərə verilməsi ilə “təhlükədən qorunması” düşüncəsini möhkəmləndirib. Bununla yanaşı, erkən nikah ailənin iqtisadi yükünü azaltmaq və qızın “vaxtında ailə sahibi olması” ideologiyası ilə əsaslandırılıb. Bu stereotiplər, xüsusilə təhsildən uzaq icmalarda bu gün də mövcuddur”.
M.Zeynalova deyib ki, hazırkı dövrdə erkən nikahın yayılmasına təsir edən faktorlar yalnız mədəni və dini deyil, eyni zamanda iqtisadi çatışmazlıqlar, məcburi miqrasiya, təhsil imkanlarının məhdudluğu və qızlara qarşı sistemli eyrı seçkiliklə də bağlıdır:
“Məhz bu səbəbdən erkən nikah həm tarixi-mədəni bir təcrübə, həm də müasir dövrdə pozucu sosial norma kimi təhlil olunmalıdır. Erkən nikah, uşaq evliliyi və məcburi evlilik anlayışları bəzən bir-birinin əvəzinə işlədilsə də, onların hüquqi, sosial və psixoloji anlamları fərqlənir. Bu fərqləri ayırd etmək, həm müdaxilə modellərinin düzgün qurulması, həm də sosial reabilitasiya prosesinin elmi əsaslara söykənməsi baxımından vacibdir. Erkən nikah qadınların hüquqlarını pozan gender əsaslı struktur zorakılıq formasıdır. Bu zorakılıq çox zaman etnik mənsubiyyət, yoxsulluq, icma təzyiqi və təhsil imkanlarının olmaması nəticəsində formalaşır. Bu isə çoxətraflı riskləri artırır. Məsələn, kənd yerlərində yaşayan, az təminatlı və təhilsiz qızlar şəhər yerlərindəki həmyaşıdlarına nisbətə daha yüksək erkən nikah riski daşıyırlar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Oktyabr 2025 18:39 İlham Əliyev Zəngilanda kəndlərin açılışında iştirak etdi - FOTOLAR
28 Oktyabr 2025 16:06 İlham Əliyev Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi - FOTOLAR
28 Oktyabr 2025 15:51 Prezident avtomobil yolunun açılışında - FOTOLAR
28 Oktyabr 2025 12:34 Sabah 25 dərəcə isti olacaq
28 Oktyabr 2025 12:26 İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verildi - FOTOLAR
28 Oktyabr 2025 12:09 Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq - FOTOLAR
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 

Bakı -°C 






