29 Oktyabr 2025 15:29
78
HADİSƏ

Bir yaşlı körpə su quyusuna düşərək öldü

İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.