Ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlığın şahidiyik - Səfir
"Ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, könüllərdə dərin kök salmış bir qardaşlığın şahidiyik. Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, “Bir millət, iki dövlət” anlayışı çərçivəsində ölkəmiz can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağı davam etdirəcək".
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxında deyib.
"Cənab Prezident İlham Əliyevin liderliyində “bir yumruq, bir ürək” olaraq işğal altındakı Qarabağ azad edilmiş, milli sərhədləri daxilində tam suverenlik bərpa olunmuşdur. Azərbaycanlı qardaşlarımız bu gün sahədə qazandıqları nailiyyətləri danışıqlar masasına da daşımışdır. Regionda qalıcı sülhün təmin edilməsi, inkişafın başlaması və qarşılıqlı əlaqələrin güclənməsi üçün tarixi bir fürsət yaranmışdır. Bölgədə yaradılacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Buna görə də qalıcı sülhün təmin edilməsi hamımızın ən böyük arzusudur.
Atatürkün də ifadə etdiyi kimi, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.”
Usta şair Bahtiyar Vahabzadənin “Birdir bizim hər halımız, sevincimiz-məlalımız, bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə” misraları da bu anlayışın təzahürüdür.
Hörmətli Prezidentimizin qlobal sülh və sabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən yaxından izlənməkdədir. Bu çərçivədə Ukraynada müharibənin bir an öncə dayandırılması, Qəzzədə atəşkəsin təmin olunaraq iki dövlətli həll yoluna çatılması və Suriyada sülh və sabitliyin inkişaf etdirilməsi əsas prioritetlərimizdir.
Azərbaycanla bu bütün məsələlərdə sıx əməkdaşlıq və həmrəylik içindəyik. Daha ədalətli bir dünya mümkündür və bunun üçün birlikdə çalışmalıyıq.
Bütün iştirakçıları bir daha səmimi duyğularla salamlayıram", - səfir deyib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

