29 Oktyabr 2025 18:21
92
SİYASƏT

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Omanın paytaxtı Maskat şəhərində Azərbaycanın Omandakı səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov X hesabında bildirib.

“Yeni diplomatik missiya ölkələrimiz arasında dərinləşən tərəfdaşlıqda mühüm irəliləyişdir. Biz ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığı gücləndirməyə sadiqik. Bu da öz növbəsində həm Azərbaycan, həm Oman xalqları üçün yeni fürsətlər yaradacaq. Bu addımlar bizim siyasi dialoqu, xalqlar arasında əlaqəni və uzunmüddətli tərəfdaşlığı gücləndirmək barədə ortaq qətiyyətimizi əks etdirir”, - C.Bayramov qeyd edib.