adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2021 09:53
78165
MARAQLI
A- A+

Ondan ötrü intihar edən Fikriyyə, sevimli iti Foks, yaltaqları sevməyən Atatürk

Atatürkün səhər yeməyi ilə arası yoxmuş. Səhər yuxudan gec oyanan Atatürk yuxudan oyanan kimi otağındakı divanda bardaş quraraq oturar, qəhvəsini içər, siqaretini çəkərmiş. Daha sonra üzünü təraş etdirib iş otağına keçərmiş. Səhər və günorta yeməyini birlikdə yeyən Atatürk bir dilim çörək, bir kasa ayran, ya da yoqurt yeyərmiş. Günortadan sonra isə bir bardaq ayran içərmiş. Axşam süfrələri 10 nəfərdən az olmayan dəvətlilərdən ibarət olarmış.

Süfrədə imtahan etmək istədiyi adamları qarşısında, tərifləmək istədiyi adamları isə yanında oturdarmış. Olduğu hər bir yerdə nizam-intizam istəyən Atatürk vas-vasılığı və simmetriyaya həddən ziyadə diqqəti ilə tanınırdı. Ömrünün sonuna kimi Dolmabaxça sarayındakı tabloların yerini tez-tez düzəldər və Atatürk meşə təsərrüfatına nəzarət edərdi. Evində, qonaq olduğu yerlərdə əyri duran əşyaları düzəltməsə, rahat ola bilməzmiş.

 

***

ONDAN ÖTRÜ İNTİHAR EDƏN FİKRİYYƏ

Atatürkün ögey atasının qardaşı qızı Fikriyyə xanım uşaqlıq illərindən Atatürkə aşiq idi. 1920-ci ildə qəzetdə padşahın Atatürkün edamı haqqında fərmanı dərc olunan zaman Fikriyyə xanım Ankaraya – Atatürkün yanına yola çıxır. Atatürk ona  “necə gəldiniz? Mütləq ki çətinlik çəkmisiniz. Amma ürəyə də söz keçirmək olmur, cocuq!” deyərək qarşılayır və aralarındakı bağ güclənir.

Amma 1922-ci ildə Atatürk İzmirə yola düşür, orada Lətifə xanımın ailəsinə aid köşkdə silahdaşları ilə qalır. Bunun sayəsində də Lətifə xanımla tanış olurlar. Anası Zübeydə xanım oğlu Atatürkün intellektual, təhsilli bir xanım olan Lətifə ilə evlənməyini istəyir. Deyilənlərə görə, Zübeydə xanım dünyasını həmin köşkdə dəyişir və Atatürk anasının son arzusunu yerinə yetirib 1923-cü ildə Lətifə xanımla evlənir.

Bunu eşidən Fikriyyə xanım həyatına son qoyur. Atatürklə Lətifə xanımın evliliyi ömrü  isə cəmi iki il yarım olur. Bütün bu baş verənlərdən sonra Atatürk Fikriyyə xanım üçün bu şeiri yazır:

İçsem de bir kadeh hayat iksirinden,

Zamansız ayrıldım, bilinsin Fikriyyeden.

Bıkmadım ki doyayım o narin ellerinden,

Ümmid-i aşkın saracak seni, cefakar teninden.

 

***

Atatürkün sevdiyi türkülər bunlar olub:

“Fikrimin ince gülü”, “Kimseye etmem şikayet”, “Siqaramın dumanı”, “İzmirin kavakları”, “Çile bülbülüm çile”.

 

QONAQLARINA QARŞI HƏDSİZ DİQQƏTİ

Atatürk xarici qonaqlarının ölkəsindən məmnuniyyətlə ayrılmaqlarını istəyərdi. Ona görə də onlar gələnə kimi ölkələri haqqında geniş məlumat toplayar, şəxslərini araşdırarmış.

Məsələn, Əfqan kralın ziyarəti üçün bir ay ərzində Əfqanıstan tarixi və coğrafiyasını araşdırmışdı.

1937-ci ildə ölkəsinə gələn Yapon vəliəhdi prins Takamatsunu ziyafətlərin birində Yapon mifologiyası və ədəbiyyatı haqqında danışmağı ilə heyran qoymuşdu.

1934-cü ilin iyun ayında Türkiyəyə gələn uzun boylu İran şahı Pəhləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcə kiçik qalmamasını düşünüb və ordunun cüssəcə ən iri komandanı Fəxrəddin Altayı mehmandar təyin etmişdi.

İngilis kralı Edvard İstanbula gələn zaman isə yaxtasından adi bir dəniz qayığına minərək onu qarşılamaq üçün Dolmabaxça sarayına gəlmişdi. Edvard sahilə yaxınlaşanda qayıqdan düşür. Diqqətsizlikdən əli yerə dəyir və toz olur. Atatürk əlini ona uzadır. Edvard cib dəsmalını çıxarıb əlini silmək istəyəndə, Atatürk ona bu sözləri deyir və əlindən tutub qayıqdan düşməsinə kömək edir:

- Yurdumun torpağı təmizdir, o, əlinizi kirlətməz.

Edvardla axşam yeməyindən əvvəl işçilərə tapşırır ki, ingilis sarayında verilən ziyafətlər necə olursa, bunu bilən bir adamı tapın, süfrəni o hazırlasın. Axşam yeməyi zamanı kral Edvard süfrəni görəndə özünü kral sarayındaymış kimi hiss edib məmun olur və Atatürkə çevrilib deyir:

- Sizə təşəkkür edirəm. Özümü İngiltərədə kimi hiss etdim.

Masaya qulluq edən qarsonların hamısı türk idi. Qəfil qarsonlardan biri yemək gətirərkən əlindəkilər yerə dağılır və xalça yeməklə bir olur. Atatürk krala əyilərək deyir:

- Bu millətə hər şeyi öyrətdim, amma bircə qulluqçu olmağı öyrədə bilmədim.

Atatürk ətrafındakıları “cocuq” deyə xitab edərmiş.

“Yəni” sözündən çox istifadə edərmiş. Xüsusilə də sözü uzadanlara qarşı “yəni” deyərək sözünün canını deməyi tələb edərmiş.

***

Atatürk 44 səhifəlik Həndəsə kitabı yazıb. O, bu kitabı yazmaqla Həndəsənin dilinin türkcələşdirilməsi və asanlaşdırılmasına nail olmaq istəyib. Bu gün Türkiyə türkcəsində istifadə olunan həndəsi terminlərdən 48-ini Türkiyə türkcəsinə Atatürk qazandırıb. O, dilə qarşı çox həssas idi. Türkcəni sadələşdirmək və alınma sözlərdən qurtarma üçün xeyli əmək sərf edib. Kitabın üz qabığına isə öz adını yazdırmayıb.

***

Cəbhələrdə düşmənlə üz-üzə savaşsa da, cəbhədən uzaqda, gündəlik həyatında qan görən kimi halı pisləşərmiş. Qonaq getdiyi yerlərdə onun gəlişinə kəsilmiş qurbanlara baxa bilməz, ya üzünü yana çevirər, ya da kəsməklərinə icazə verməzmiş.

SEVİMLİ İTİ FOKS

Atatürk bir gün Yalovaya gedir və orada səyyar bir fotoqrafdan 50 lirəyə it alır. Ona Foks adını verir. Foks onun çarpayısının ucunda yatar, Atatürk hara getsə, onunla birlikdə gedər, girəcəyi salona ondan əvvəl girər, adətən, onun gəlişini xəbər verərdi. Hətta Atatürk səhərə qədər oyaq qalan günlərdə Foks da onunla oyaq qalardı. Bu sevgini bilənlər yığıncaqlarda Atatürkün yanında tez-tez Foksu tərifləyərdi. Bəzən o qədər tərifləyərdilər ki, Foksun zadəgan nəslindən olduğunu, onun bir it yox, insan olduğunu deyərdilər. Foks öləndən sonra ona yarınmaq istəyən baytarlar itin dərisini soydular, içini samanla doldurdular, gözlərinin yerinə isə şüşə göz taxıb şüşə qəfəsin içinə qoydular. Atatürk bunu görəndə təəccüblənir və onu belə görməyə dözmədiyini deyərək meşədə bir yerdə basdırmaqlarını istəyir. Amma onun bu istəyi heç vaxt yerinə yetirilmir. Foks bu gün “Qurtuluş savaşı” muzeyində sərgilənir.

***

Atatürk isə yaltaq adamları sevməzdi.

Bir gün qonaqlarından biri ona deyir:

- Paşam, sizin ömür boyu prezident olmağınız üçün Məclisdə bir qanun çıxaraq.

Atatürk bu təklifə əsəbləşir və deyir:

- Məni Misir kralı Faruk, ya da Arnavutluq kralı Zoqoyam bənzətmək istəyirsiniz?

O, heç vaxt diktator olmağı düşünməyib. Amma onun dövründə İtaliyada, Mussolini, Almaniyada Hitler və Rusiyada Stalin diktatorluq edirdilər.

 

***

GEYİMİNƏ QARŞI XÜSUSİ DİQQƏTİ 

Yalnız ağ köynək geyinərdi. Köynəkləri əvvəllər İsveçrədə tikilirdi, amma sonra yerli malın dirçəlməsinə dəstək vermək üçün köynəklərini Bəyoğlunda tikdirməyə başladı. Təkcə özünün yox, xalqının da geyiminə diqqət edirdi. İnsanları modern görmək istəyirdi. Çünki insanların geyimləri qarşı tərəfə müxtəlif mesajlar verir. Məsələn, 1934-cü ildə İran şahı Rza Pəhləvini yeməyə dəvət edərkən Atatürk mühafizəçiləri və qarsonlarının hamısına frak geydirmişdi.

***

Cümhuriyyət qurulduqdan sonra bir çox sənətkarları təhsil almaq üçün xaricə göndərdi. Onların bir qismi Türkiyəyə qayıtdı və Sümerbankı yaratdılar. Və beləcə parçalar Türkiyədə toxunmağa başladı.

***

Amerikalı bir jurnalist Atatürkdən soruşur:

- Bir işdə necə uğur qazana bilirsiniz?

Atatürk isə deyir:

- Mən bir işə başlayanda necə uğur qazana biləcəyimi yox, o işə nələr əngəl ola bilər, onu düşünürəm. Əngəlləri yox etdinsə, iş öz-özünə sənə uğur gətirir.

 

Eminquey