Birinci xanım Müqəddəs Pyotr Bazilikasındakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.
Adalet.az xəbər verir ki, Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.
Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.
Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib.
Digər Xəbərlər
12 Oktyabr 2026 20:23
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
12 Oktyabr 2026 18:32
“Şahinlərin Görüşü-2026” başladı - VİDEO
12 Oktyabr 2026 18:17
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12 Oktyabr 2026 16:36
"Xarici dini cərəyanların ölkəmizdəki proseslərə müdaxiləsinə yol verilməməlidir" - Ekspert
12 Oktyabr 2026 16:25
Nardaranda məktəbdə təxribat: İran təbliğatı...
12 Oktyabr 2026 16:21
Misir Mərdanovdan vahid məktəbli forması məsələsinə REAKSİYA
12 Oktyabr 2026 15:46
Azərbaycanda bu tələbələrə Prezident təqaüdü verildi - SİYAHI
12 Oktyabr 2026 15:01


Bakı -°C

