Dabaq tutmuş heyvanları ucuz qiymətə alıb, Bakıya gətirirlər

Xeyli vaxtdır ki , bir çox rayonlarda iribuynuzlu heyvanlarda dabaq xəstəliyi yaranın. Bu barədə ayrı fermerlər kütləvi informasiya vasitələrinə məlumat veriblər.
Onlarin dediyinə inansaq artıq mal- qaranın çoxu bu xəstəlikdən qırılıb.Edilən müalicələrin heç bir köməkliyi yoxdur. Fermerlər isə yardım məqsədilə müxtəlif qurumlara müraciət ediblər, ancaq bunun da elə bir yaxşı nəticəsi olmayıb. Xəstəliyə tutulan heyvanlar dilindən yara çıxır, ağzından su axır, heç nə yemir və bir neçə gündən sonra ölürlər. Artıq vaxtında tədbir görülmədiyinə görə, bu xəstəlik respublikamızın əksər rayonlarında heyvanlar arasında yayılıb.
Çox təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi də kəndli fermerlərə lazımi köməkliyi göstərə bilmirlər. Biz başa düşmürük adı olub, özü olmayan nazirlik kimə lazımdır. Əgər dabaq xəstəliyinin tüğyan etdiyi bir vaxta kəndliyə məlum qurum arxa dura bilmirsə, bəs onda bu nazirlik kimə lazımdır? Amma kənd təsərrüfatı naziri də var, nazir müavinləri, baş idarə rəisləri də ! Heyvanlarına əlac tapılmayan fermerlər isə çıxılmaz vəziyyətə düşüblər.
Və onların Allahdan başqa heç kimə ümidləri qalmayıb! Deyilənlərə görə, ayrı- ayrı şirkətlərə məxsus yük maşınları xəstə heyvanlar olduğu rayonlara gedir, o mal- qaraları ucuz qiymətə alaraq kəsib ətləri bazarlara , yeməkxanalar, dönərxanalra paylayırlar. Bunun isə nə dərəcədə təhlükəli olduğunu hamı yaxşı bilir.
Amma bu işlə məşğul olan işbazlar belə cinayət əməllərindən çəkinməlidir. İnsanlar isə artıq ehtiyat edib ət köşklərindən, bazar- dükandan ət almaq istəmirlər. Deyirlər ki, bir- iki ay keçsin, baxaq görək nə olur?
Emil Faiqoğlu
Digər Xəbərlər

Bu tarixdən heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq

Motosiklet və mopedlər ölüm saçır...

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
