Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi
Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.
Adalet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) cinayət əməllərini törətməkdə ittiham edilmiş Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub və S.Sergeev ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Digər Xəbərlər
15 Noyabr 2025 10:42
Polis əməliyyat keçirdi, narkokuryer saxlanıldı - VİDEO
15 Noyabr 2025 08:32
Bakıda lombardda 114 vətəndaşa aid qızıl yoxa çıxdı - VİDEO
14 Noyabr 2025 14:15
Türkiyədə əməliyyat: Azərbaycan polisindən də məlumat alınıb
13 Noyabr 2025 16:25
Kiberpolis “telegram”da azyaşlılara aid pornoqrafik videolar satanları saxladı - VİDEO
13 Noyabr 2025 10:08
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
13 Noyabr 2025 09:21
Sənan Əsədzadəyə cinayət işi açıldı - Vətəndaşlara 412 min dollar ziyan vurub - VİDEO
12 Noyabr 2025 10:14
Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı
11 Noyabr 2025 09:41


Bakı -°C

