“Bu evin ürəyi atam idi...” – Əlisəmid Kürün oğlundan kövrək paylaşım

“Atamın 3 mərasimini doğma rayonda verdik. Səhəri gün isə Bakıda Qədir-Xum mərasim evində 4 məclisi keçiriləcəkdi deyə paytaxta qayıtdıq. Məclisdə atamın dostları, ona dəyər verən insanlar və kədərimizi bizimlə bölüşmək istəyən yaxınlar var idi. Məclis başa çatdıqdan sonra evə döndük. Evin qapısından içəri girəndə içimdən keçən hissləri sözlə ifadə etmək çətin idi. Axı hər dəfə rayondan qayıdanda atam evdə olurdu”.
Adalet.az xəbər verir ki, bunu oktyabrın 13-də vəfat edən şair Əlisəmid Kürün oğlu Qorqud Cəfərli deyib.
“Mən qapıdan içəri girib, “Dədə, biz gəldik” deyə səs salır, sonra onu qucaqlayıb öpürdüm. Amma bu dəfə evə qayıdanda sükut vardı… elə bir sükut ki, evin hər küncündə atamın yoxluğunu pıçıldayırdı. Atamın çarpayısının üstündəki divarda bir saat var. Son günlərində o saatı tez-tez izləyirdi. Elə bil, nəsə hiss edirdi… Həkimlər atamın vəfat xəbərini mənə saat 05:52-də demişdilər. Həmin divar saatı isə 07:20-də dayanmışdı. Bəlkə də bu, təsadüf deyildi… Bəlkə də o saat da onun gedişini hiss etmişdi. Elə bil evdə hər şey onunla birgə susmuş, zaman da dayanmışdı… Çünki bu evin ürəyi atam idi. Və indi zaman belə sanki onun yoxluğunu qəbul edə bilmirdi”,- deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

İki vətəndən biri… - Pərvanə BAYRAMQIZI yazır

Son arzu - Tərlanə Yaqubqızı yazır

“Mən Füzuli rayonunu ona görə çox sevirəm ki...” – Seyran Səxavət

“Ağrısız dünya” günü

Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Sözün zirvəsinə boy verən şair…

Məmməd Araz: "Ayağa dur Azərbaycan" - VİDEO
