Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

lakin, öz "cibindən" yox, Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin hesabından
Politico yazır ki, Avrokomissiya Rusiyanın şəxsi hesablarda olan dondurulmuş aktivlərindən Ukraynaya 25 milyard avro vəsait ayrılması yollarlnı axtarır.
Mətbu orqanın məlumatlarına görə, bu məsələ Avrokomissiyanın noyabr ayında keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Bildirilir ki, Avropada dondurulan suveren aktivlərin böyük bir hissəsi-210 milyard avro- Belçikada Eurolear meydanında bloklanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, onların aktivlərindən qeyri-qanuni istifadə edənlərin hərəkətləri cavabsız qalmayacaqdır.
Rüstəm Hacıyev