Bəhmənlinin futbol stadionu...

Azərbaycanda futbolu inkişaf etdirmək üçün hər rayonda, hər qəsəbədə, hər kəndə birmənalı olaraq stadion olmalıdır. Və orda məhəllə futbolu, uşaq futbolu inkişaf etməlidir.
Çünki uşaq futbolu inkişaf etməkdən böyük futboldan danışmağa dəyməz.Bütün məşhur futbolçular uşaq futbolundan böyük futbola gəliblər.Ona görə də, bu gün ölkəmizdə uşaq futbolunun inkişafına ehtiyac çoxdur. Füzuli rayonunun Böyük Bəhmənli kəndində də həmişə futbolun inkişafına önəm verilib. Ona görə Bəhmənli futbol komandası rayon üzrə keçirilən yarışda birinci yerə çıxıb. Və yüksəkiş gəncləri bir qədər də ruhlandırıb.
Füzüli şəhərinin və kəndlərinin erməni işğalından azad edildiyi gündə- yəni oktyabrın 17- də Böyük Bəhmənli kəndində futbol stadionunun təməli qoyulub.Bu barədə qəzetimizə Allahyar Əliyev adına tam orta məktəbin direktoru, gözəl ziyalı Həsən Rzayev məlumat verib. Həsən müəllim deyir ki, biz bu günü çoxdan gözləyirdik.
Bu işdə kəndimizin Rusiyada yaşan iş adamları və eləcə də, başqa insanlar belə xeyirxah işə dəstək olublar. Belə bir gözəl addımın atılması tək futbolsevərləri yox, bütün kənd camaatının sevincinə olub. Allahın köməkliyi və yaxşı insanların dəstəyi ilə Bəhmənli futbol stadionu tezliklə tikilib istifadəyə veriləcək . Burada biz möhtəşəm futbol oyunlarının şahidi olacağıq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
