2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu olub.
Adalet.az xəbər verir ki, bu barədə məşhur "Forbes" nəşri məlumat yayıb.
40 yaşlı futbolçu 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun 50 milyon dolları əlavə gəlirdir.
İkinci yerdə "İnter Mayami"nin argentinalı forvardı Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar (60 milyon dollar maaş, 70 milyon dollar kənar gəlir) qazanıb.
Üçüncü yeri Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının fransalı hücumçusu Kərim Benzema tutub. O, 104 milyon dollar (100 milyon dollar məvacib, 4 milyon dollar kənar gəlir) əldə edib.
Qeyd edək ki, ilk "10-luğ"a həmçinin "Real"dan (İspaniya) fransalı hücumçusu Kilian Mbappe (95 milyon dollar, 70+25), "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann (80 milyon dollar, 60+20), "Real"ın braziliyalı futbolçusu Vinisius (60 milyon dollar, 40+20), "Liverpul"dan (İngiltərə) Məhəmməd Salah (55 milyon dollar, 35+20), "Əl-Nəsr"dən Sadio Mane (54 milyon dollar, 50+4), "Real"ın digər üzvü Cud Bellingem (44 milyon dollar, 29+15), "Barselona"dan (İspaniya) Lamin Yamal (43 milyon dollar, 33+10) daxildir.
Digər Xəbərlər
07 Dekabr 2025 21:04
Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
07 Dekabr 2025 19:51
Messi öz rekordunu yenilədi
07 Dekabr 2025 19:45
"Formula 1" üzrə dünya çempionatının qalibi bəlli oldu
07 Dekabr 2025 13:07
FIFA DÇ-2026 oyunlarının başlama saatlarını açıqladı
06 Dekabr 2025 23:51
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlandı
06 Dekabr 2025 00:02


Bakı -°C

