“Mənim verilişimi bağlatdırıb işdən çıxartdıran Ramiz Mehdiyev oldu...”
“Ramiz Mehdiyevdən ziyan çəkənlərdən biri də mən idim. O vaxt verilişimi dayandırdı, məni işdən çıxardılar. Onun hakimiyyətdə olan vaxtı cavabını vermişəm. Hətta Misir Mərdanov və Yaqub Məmmədov mənim Ramiz Mehdiyev haqda verdiyim müsahibələrə istinad ediblər”.
Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirərkən deyib.
O deyib ki, Ramiz Mehdiyev ən çox mənə pislik edib:
“Yeddi-səkkiz nəfər adamlar var və onların o vaxt üzlərinə demişəm ki, inşallah ölməyəcəyəm, Allaha dua edib deyəcəm ki, sağ qalım, bu adamların məhkəməsində iştirak edim və bunların ittihamlarını mən oxuyum. “Klassik irsimiz” verilişimi, “Məhəmməd Şah Qacar” əsərimi bunlar dayandırdılar və məni işdən çıxartdırdılar. “Qan yaddaşımız” tarixi elmi əsərimin ssenarisini bunlar dayandırdılar və mənə deyirdilər ki, ermənilərlə qarşıdurma yaradırsan, biz barışıq etmək istəyirik. Bunu Ramiz Mehdiyev və onun ətrafındakılar deyirdi. İndi istintaqın nəticələrini gözləyək. Mən inanıram ki, onların məhkəməsində iştirak edəcəm və soruşacam ki, nə oldu?!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Noyabr 2025 13:14
“Geyilməmiş ayaqqabılar” filmi! - VİDEO
07 Noyabr 2025 15:53
Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib
07 Noyabr 2025 15:11
Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına başlanılıb - RƏSMİ
06 Noyabr 2025 16:31
Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi
06 Noyabr 2025 12:07
Arzu Əliyeva "Zəfər sevinci" adlı ədəbi-musiqili gecədən paylaşım etdi - VİDEO
05 Noyabr 2025 10:52
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri açıqlandı
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05


Bakı -°C

