Bəhreyndə səfirlik təsis edildi - SƏRƏNCAM

Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin".
Digər Xəbərlər

Prezidentin təsdiqlədiyi yeni Komissiyanın tərkibinə kimlər daxildir?

Gələn il xərclər və gəlirlər nə qədər olacaq? - Milli Məclisdə müzakirə ediləcək

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub

”100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin”

Cihangir İşbilir: Türkiyə-Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir

Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
