Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”
ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda Çinlə ticarət müharibəsi gedir.
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, Tramp Ağ Evdə ABŞ və Çin arasında ticarət gərginliyini və tarifləri şərh edib.
Bir neçə həftə ərzində Çin prezidenti Xi Jinping ilə görüşündə razılıq əldə olunmasa, Çinlə uzunmüddətli ticarət müharibəsinə girib-girməyəcəyi sualına Tramp, “İndi müharibənin içindəyik. Tariflərimiz olmasaydı, heç bir müdafiəmiz olmazdı", - deyə cavab verib.
Tramp tariflərin müdafiə və milli təhlükəsizlik üçün mühüm alət olduğunu vurğulayaraq, əvvəlki administrasiyaların onlardan istifadə etməyə ehtiyac görmədiyini bildirib.
O bəyan edib ki, tariflər təkcə trilyonlarla dollar gəlir gətirmir, həm də sülhü qoruyur və tariflər müharibələrin sona çatması üçün birbaşa məsuliyyət daşıyır.
Trampın sözlərinə görə, rüsumlar olmasaydı, bütün dünyada müharibələr davam edəcəkdi. Tariflər sayəsində Rusiyadan başqa müharibə qalmayıb.
Bununla belə, Tramp bir çox insanın tarifləri anlamadığına diqqət çəkib:
“Bu, həm də bizi çox zənginləşdirdi. Ali Məhkəmə qarşısında böyük bir iş var və bu, ölkəmizin tarixinin ən mühüm davalarından biridir. Çünki bu davada qalib gəlməsək, uzun illər zəif, mübarizə aparacaq və maliyyə cəhətdən çaşqın olacağıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

