Bakıda bəzi binaları qurd basdı - VİDEO

Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.
Adalet.az xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.
İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar. Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.
Daha ətraflı İTV-nin videomaterialında:
Digər Xəbərlər

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

"Can şirindir, başladıq boğuşmağa" - Ayı hücumuna məruz qalan şəxs

Goranboyda kafedə kütləvi dava - xəsarət alanlar var

Sabahın havası bu insanlar üçün əlverişlidir

17 yaşlı oğlan mağazada yükləri qaldırarkən yıxıldı - VİDEO

AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

Yuxarı Şirvan kanalında bir nəfər batdı
