Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Adalet.az xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.
Digər Xəbərlər
09 Oktyabr 2026 20:00
Moskva istiqamətində bir sıra reyslər dayandırıldı
09 Oktyabr 2026 18:55
Bakının bir sıra yollarında hərəkət müvəqqəti tənzimlənəcək
09 Oktyabr 2026 17:59
Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
09 Oktyabr 2026 16:54
Türkmənistanda Prezidentlə uşaqların səmimi görüntüsü - VİDEO
09 Oktyabr 2026 16:54
Teymur Musayev Şamil Ayrımla səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib
09 Oktyabr 2026 12:47
Onlar da çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq
09 Oktyabr 2026 12:07
Yeni "Ailə Konsepsiyası" hazırlanır
09 Oktyabr 2026 12:05


Bakı -°C

