Yasamalda baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
24 Oktyabr 2025 17:02 Ödəmə terminalından oğurluq edildi - VİDEO
24 Oktyabr 2025 16:05 Azərbaycanlı kriminal avtoritet Rusiyada həbsxanada öldürüldü
24 Oktyabr 2025 14:11 Vəkil Zabil Qəhrəmanov saxlanılıb - YENİLƏNİB
24 Oktyabr 2025 11:43 İrandan Azərbaycana narkotik gətirmək istədilər - FOTO
24 Oktyabr 2025 10:40 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
24 Oktyabr 2025 10:33 Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı - VİDEO
24 Oktyabr 2025 08:45 Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - Qəribə cinayətin təfərrüatı - VİDEO
23 Oktyabr 2025 12:15 

Bakı -°C 






