ERMƏNİ PARONOYASI - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
209631 | 2020-10-19 15:11

Esse

   Əvvəlcə Şizofreniya barədə. “Şizofreniya”- yunan dilində iki sözün birləşməsindən-“parçalanma” və “fikir”- yaranmışdır. Belə xəstələrin beynində və reallıqda baş verənlər fərqlənir, yəni bu zaman beyinlə reallıq arasında əlaqə kəsildiyindən xəstə baş verənləri öz beyin məhsulu olaraq tam başqa cür qavrayır, reallığı olduğu kimi qiymətləndirə bilmir.  Beləliklə, Şizofreniya orqanizmin kompleks, əsasında düşüncə və qavrayış pozğunluğunun dayandığı ciddi və irsi xəstəliyidir. Hazırda xəstəlik beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Uzun illər xəsətliyin əsil səbəbləri məlum olmadığından müalicəsi də mümkünsüz olmuşdur. Yalnız müəyyən müddət remissiyalar şəklində yaxşılaşma halları olur ki, sonra xəstəliyin yenidən təkrar hücumları başlayır. Xəstələr əsasən ömürlük  dərman-davaya məhkum bir həyat yaşamalı olurlar. Sağalması müşkül olan bu dərdə mübtəla olanların düşüncə, hiss və duyğusu, özünə və ətrafındakılara münasibəti tamamilə dəyişir. Xəstə reallıqla təsəvvürü qarışdırır. Əsası olmayan fikir və düşüncə, yad, olmayan şeylərin ağıla yerlləşdirilməsi, duyğu halusinasiyaları, uyğunsuz, əlaqəsiz mülahizələr və s xəstəliyin aparıcı simptomlarındandır.

    İndi gələk erməni məsələsinə... Bu üzdəniraq millətin başbilənləri başda olmaqla bəlkə də bütünlükdə hamısı  Şizofreniya xəsətliyinə mübtəla olmuşlardır. Yoxsa sənin olmayan, ata-babandan qalmayan yad torpaqları necə özününkü hesab etmək, hətta əsrlərlə uğrunda gizli mübarizələr aparmaq olar?! Yatıb yuxuda belə görmədiyini istəmək heç uşaq ağlına da gəlməz. Özünü də, ətrafında olanları da, hətta dünyanı öz yalançı həqiqətlərinə şərik etmək, öz həmfikirinə çevimək ermənidən başqa kimin ağlına gələr ki!.. Xəstə beynin xəstə də məhsulu olar, heç vaxt dövləti olmayan, dünyanı qaraçı köçü kimi gəzib dolaşan, günü harda xoş keçsə o yeri özünə vətən hesab edib yaşayan bu şizofrenik paronoiklər elə bu xəstə beyinlə qonşu  dövlətlərin hesabına axırı özlərinə dövlət də qurmağa nail olublar. Amma bununla kifayətlənməyiblər, gözləri yenə onun-bunun torpaqlarında olub, daim elə yenə də qonşu hesabına ərazilərini artırmağı düşünüblər. Çox təəssüf ki, nail də ola biliblər, bu işə xarici havadarları da cəlb etməklə ərazilərini xeyli genişləndiriblər.

 

...Fəndi çoxmuş erməninin,

Içi zəhər, çölü şirin.

Pusqu qurub bu mərd elin,

Marığına kimlər yatdı?!

 

     İştahları hər 30-40 ildən bir itilənən bu millət illuziyalarını həqiqətə çevirmək üçün dişlərini çoxdan, özü də dəfələrlə qana batırıb.  Azərbaycanın altı-üstü tükənməz sərvətlə dolu olan torpaqlarına daha çox maraqlı olublar, yanaşı yaşadığı, əzəli və əbədi qonşusunun-azərbaycanlıların inamı, səmimiyyəti, ürəyitəmizliyindən istifadə ediblər. Bədniyyətli, xəbis, paxıl ermənilər süfrəmizdə çörək yeyib, özümüzə xəyanət ediblər. İrəvan xanlığı kimi mövcud olan tarixi torpaqlarımızı hissə-hissə mənimsəyib, yerli camaatı da qovub çıxarıblar!  Bu murdar, xəyanətkar, sadist və qəddar qonşu ucbatından İrəvan mahalının yerli azərbaycanlı əhalisi dəfəflərlə köçkünlüyə məruz qalıb, başı qovğada keçib, öldürülüb, yandırılıb, işgəncələrə məruz qalıb, süngülərə taxılıb, evi-eşiyi yandırılıb, yurdu talan edilib, hətta məzarlıqları  belə dağıdılıb. Sağ qalanlar başlarını götürüb qaçmağa məcbur olublar. Sonuncu azərbaycanlı da  1988-ci ildə İrəvandan çıxmış və o vaxtdan  bəri daha o yerlərdə bir nəfər də olsun azərbaycanlı, heç digər xalqın nümayəndəsi də yaşamır...

 

Elim-günüm, elim-obam,

Səsim-ünüm, yurdum, yuvam,

Diş göynədən suyum, havam,

Ayrılığı kimlər saldı?!..

 

      Monomillətli dövlət yaradan ermənilər multikultural dəyərlərdən, tolerantlıq və humanizm hisslərindən uzaq millət olduqlarını hər addımda sübut edirlər. Özünün yaşam minimumlarını təmin edə bilməyən, daim digər dövlətlərdən asılı yaşayan ermənistanın durumu müstəqillik dövründə əlbəttə pisləşməliydi. Gözü daim özgə torpaqlarında olan, paronoik düşüncələrinə inanaraq haqsız müharibəyə başlayan bu millət Qarabağımızı da əldə edə bilmişdi... Nadir şahdan üzü bəri itirə-itirə gəldiyimiz, heç bir qarışını da geri almadığımız torpaqlarımız da bu gün rahat nəfəs alar. Çünki bu gün artıq başqa tarix yazılır, Azərbaycanın ən yeni tarixini yazır Ordumuz, başda Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Qarabağımız- əsirlikdə qalan torpaqlarımız son qarışınadək geri qaytarılır. Bəli, qan tökülür, şəhid veririk, məramımız sülh olsa da haqq savaşına qalxmağa məcbur olmuşuq. Anam deyərdi ki, “kişləməklə donuz darıdan çıxmaz!” Dəfələrlə danışıq stolu ətrafında otursalar da ümumi razılığa gəlməyən, dünya dövlətləri və müxtəlif qurumların da qatıldığı sülhməramlı təklifləri qulaqardına vuran, daim razılaşdırılmış atəşkəs rejimini belə pozaraq təxribat yaradan bu dövlətlə  Azərbaycan silah dilində danışmalı oldu. Bu günkü qələbənin arxasında Azərbaycan dövlətinin, onun Prezidentinin uzun illər ərzində apardığı uğurlu daxili və xarici siyasət, böyük zəhmət və vətənə məhəbbət dayanır.

 

Düşmən məskən edib vətən mülkümü,

Gərək viran qoyam onun yurdunu,

Güman göydə Allah, yerdə Ordumuz...

Qeyrətli olullar çıxıb meydana,

Arxamca bir ovuc su səp, ay ana!

 

        Məğlub olduğuna ta başlanğıcdan əmin olan düşmən 30 ilə yaxın əsarətdə saxladığı Qarabağın daşını daş üstə qoymayıb, bu gün də son çırpıntılarını edir, son sıçrayışa güvənir, amma “baxar kor” olduğundan qarşısında dayandığı uçurumu görə bilmir. Paronoik arzularının puç olduğuna əmin olsa da yenə qan tökür, özü də cəbhədə, Azərbaycan Ordusu ilə üzbəüz döyüşdə deyil, tülkü kimi oğrun, xəlvəti! Uduzduğuna tamamilə əmin olan ermənilər geri baxmadan nəyi var döyüş meydanında, səngərdə atıb qaçır. Amma bu dəfə də erməni xislətinə sadiqliyi göz qabağındadır , yenə günahsız insanlar, yenə dinc əhali hədəf seçilir. Gəncəyə, Mingəçevirə, Tərtərə, hətta Bakıya raket atmaqla nifrətini qusur. Amma daha sondur! Sonunuzdur... Gərək məğlubiyyəti də kişi kimi qarşılayasan, deyib babalar, amma bu ifadə erməniyə aid ola bilməz... Öz qazdığı quyuya özü düşüb, çıxa da bilmir.

     Şizofreniya elə bir xəstəlikdir ki, ilkin mərhələsində qoyulan düzgün diaqnoz, seçilən müalicə vəziyyəti stabilləşdirə bilsə də, sonradan bu mümkün olmur. Çünki xəstəlik xroniki hala keçərək daha müalicəyə tabe olmur. Eynən ermənilərdə olduğu kimi! İndi qoy bundan belə öz halusinasıyalarına nə qədər inanırlar inansınlar, kontrol altından çıxan bu xəstələr nə qədər sayıqlayır sayıqlasın, xeyri olmayacaq! Böyük ermənistan xülyası daş armud kimi boğazında qalan millət, süqutun mübarək!

    Azərbaycan tarixində isə bundan sonra yalnız qələbə xəbərləri və qalibiyyət günləri var! Yenilməz Ordumuzdan hər gün zəfər xəbərləri gəlir artıq. Əsgər çəkmələrinin səslərilə oyanır torpaqlarımız.. Hər sabahın xeyirə açılsın, Azərbaycan!

...Gedirəm, bu yoldan dönən deyiləm,

Mən zəfər çalmamış gələn deyiləm.

Oğul tək Vətənə bu gün gərəyəm...

Yağı peşman olar doğulduğuna,

Arxamca bir ovuc su səp, ay ana!...

TƏQVİM / ARXİV